The Valiyev Show

40 Episodes
Subscribe

By: ismayil valiyev

Elit Performans, Liderlik, Kouçinq, Sahibkarlıq.

Başlayan Yox, Bitirən Ol
#90
03/29/2026

Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır.

Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.


Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir
#89
03/26/2026

Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir.

Bu epizodda müzakirəmiz:

Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorurFasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyiniNecə “real” istirahət edib enerjini geri qazana bilərsən

Bu, sadəcə fasilə deyil.

Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.


Boş Yorğunluq Problemi
#88
03/24/2026

Gün boyu çox işləyirsən…

amma günün sonunda qəribə bir boşluq hiss edirsən.

Yorğunsan, amma bu yorğunluq səni qane etmir.

Sanki işlədin… amma nəyəsə çatmadın.

Bu epizodda bu hissin əsl səbəbini açıram.

Niyə çox işləmək səni doldurmur?

Niyə busy olmaq ≠ fulfilled olmaqdır?

Səninlə paylaşacam:

konkret yanaşmalar,

<...


Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul
#87
03/23/2026

Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram.

Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir

Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.


Gözləyə Bilən Qazanır
#86
03/16/2026

Bu epizodda gözləməyin gücü haqqında danışırıq.

Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur. Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox?

Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa və praktik şəkildə izah edirəm.


İş çox, vaxt az — necə çatdıraq?
#85
03/14/2026

Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur.

Bəzən gün boyu işləyirik.

Vacib işlər görürük.

Hətta çox insandan daha çox işləyirik.

Amma günün sonunda yenə də bir hiss qalır:

“Daha çox etməli idim.”

Bu epizodda danışdığımız mövzu budur.

Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır?

Niyə d...


Özümüzə Qarşı Müharibə: Şüur və Şüuraltının Gizli Döyüşü
#84
02/27/2026

Bu epizodda özünü sabotajın dərin səbəblərini açırıq.

Bəzən problem iradə zəifliyi deyil.

Bəzən problem illər əvvəl yazılmış daxili proqramdır.

Əgər eyni səhvləri təkrar etdiyini hiss edirsənsə, bu epizod sənə ayna olacaq.


Cəld Qərar Vermək Sənəti
#83
01/27/2026

Bu epizodda qərar vermək üçün niyə bu qədər çox düşündüyümüzü və bunun bizi necə yorduğunu danışırıq.

Dizayn düşünmə yanaşmasından istifadə edərək, qərarları mükəmməl etmək yox, irəlilətmək üçün necə düşünməli olduğumuzu izah edirəm.

Əgər qərar vermə prosesi səni ilişdirirsə və “doğru qərar” axtarışı səni hərəkətsiz qoyursa, bu epizod sənindir.


Az Danış, Çox Et... Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #3
#82
01/19/2026

Çox insan hədəflərinə çatmır, çünki çox danışır.

Bu epizodda öhdəliklərimizi və planlarımızı paylaşmağın niyə bizi daha güclü yox, daha zəif etdiyini izah edirəm.

Danışmaq motivasiyanı necə vaxtından əvvəl xərcləyir, həvəsi necə öldürür və niyə səssiz işləmək daha təhlükəli dərəcədə effektlidir — hamısı bu epizodda.


Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #2
#81
01/04/2026

2


Hərəkət cavabları özü ilə gətirir.
#80
01/02/2026

Bu epizodda mentoruma aid bir cümlə üzərindən danışıram: “Hərəkət cavabları özü ilə gətirir.”

Nə edəcəyini bilmədiyin anlarda gözləməyin deyil, hərəkətə keçməyin nə üçün ən doğru yol olduğunu izah edirəm.

Hərəkət cavabları özü ilə gətirir.

Cavablar çox vaxt düşünəndə yox, hərəkət etdikcə ortaya çıxır.

...

.

.

.

#ugur #startup #action #success #discipline #selfconfidence #selfhelp


Səni Ən Çox Yavaşladan Nədir?
#79
12/31/2025

Bu epizodda irəliləyişimizi ən çox yavaşladan əsas faktoru axtarıram.

Pareto qanunu (20/80) və Constraint (darboğaz) yanaşması üzərindən baxaraq, niyə çox çalışsaq da az nəticə aldığımızı və həqiqi problemi necə tapmalı olduğumuzu müzakirə edirəm.

Az şeyi düzəltməklə necə daha çox sürət qazanmaq olar?


Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər
#78
12/21/2025

Bu bölümdə yaşadıqlarımı, etdiyim səhvləri və onlardan öyrəndiklərimi sizinlə paylaşıram.


Motivasiyanı Öldürən Sakit Düşmən: Müqayisə
#77
11/02/2025

Bu epizodda özünü başqaları ilə müqayisə etməyin gizli zərərlərindən danışıram. Bu vərdişin motivasiyamızı, inancımızı və ümidimizi necə səssizcə məhv etdiyini, və bunun əvəzinə nə etməli olduğumuzu paylaşacam.


Səhv Qərar Verməmizə Səbəb 5 Faktor
#76
11/01/2025

Bu epizodda biz niyə bəzən səhv qərarlar verdiyimizi, və necə daha düzgün qərarlar verə biləcəyimizi araşdırırıq.

Emosiyalarımız, eqomuz, nəfsimiz, başqalarına baxış tərzimiz və dəyişikliklərə münasibətimiz — bunların hamısı düşüncəmizə və qərarvermə prosesimizə təsir edir.

Bu faktorlardan necə xəbərdar olmalı, onları necə idarə etməli və qərarlarımızın düzgün olma ehtimalını necə artıra bilərik — hamısını bu epizodda açıqlayıram.


Baxış Dəyişməsə, Həyat Da Dəyişmir
#75
10/14/2025

Bu epizodda bir neçə mövzunu müzakirə edirik və onları birlikdə necə istifadə edə biləcəyimizdən danışırıq.

Yaxın oturun — çox işinizə yarayacaq.


Tələ: Ölüm, Arzularımız və Xoşbəxtlik
#74
10/08/2025

Bu epizodda xoşbəxtliyimizi, huzurumuzu və özümüzü uğurlu hiss etməyimizi niyə xəyallarımızdan və hədəflərimizdən ayırmalı olduğumuzdan danışıram.

Çünki çox vaxt biz xoşbəxtliyi gələcək bir nəticəyə bağlayırıq — “onu əldə edəndə rahatlayacam”, “buna çatanda özümü dəyərli hiss edəcəm” deyirik.

Amma xoşbəxtlik nəticədə deyil.

Arzular bizə istiqamət verir, amma çox vaxt bizi indidən uzaqlaşdırır.

Biz gələcəyi qurmaq istəyərkən, bu günümüzü itiririk.

Hədəflər gö...


Həyat sənə mənasız gəlirsə, bunları dərhal et.
10/06/2025


Həyata məğlub olma — 10 saniyəyə ayağa qalx!
#73
10/04/2025

Bu epizodda həyatın qaçılmaz və qarşısıalınmaz bir reallığından danışıram — alacağımız ağır zərbələrdən.

Bunlar baş verdikdə nə etməliyik?

Nələri edə bilərik?

Və ən əsası — 10 saniyəyə ayağa qalxa biləcəyikmi?


Niyə söz verdiyimiz işləri yerinə yetirə bilmirik?
#72
10/03/2025

Problem budur: Etməli olduğum və etmək istədiyim işləri yazıb siyahı hazırlayıram, amma yenə də yerinə yetirə bilmirəm.

Çarə olaraq iki mərhələli sadə bir metod tapdım. Bəlkə sizə də faydalı olar.


Niyə söz verdiyimiz işləri yerinə yetirə bilmirik?
10/03/2025

Problem budur: Etməli olduğum və etmək istədiyim işləri yazıb siyahı hazırlayıram, amma yenə də yerinə yetirə bilmirəm. Çarə olaraq iki mərhələli sadə bir metod tapdım. Bəlkə sizə də faydalı olar.


Motivasiyanın Qaranlıq Tərəfi: Səni Gücləndirmir, Zəiflədir
#71
09/28/2025

Qısa müddətli motivasiya dalğaları uzun müddətdə motivasiyasızlığa, hətta bəzən stres və depressiyaya səbəb olur.

Bu epizodda bunun niyə baş verdiyini və qarşısını almaq üçün nələr edə biləcəyimizi müzakirə edirik.

Dinləyin, fikirlərinizi bölüşün.


Milyarder Təfəkkürü: Niyə Neqativ Düşünmək Gücdür?
#70
09/24/2025

Bu epizodda #milyarder Charlie Munger-in məşhur “Inversion” mental modeli haqqında danışıram.

👉 Niyə bəzən neqativ #düşünmək #pozitiv nəticələr gətirir?

👉 Necə olur ki, səhvləri öncədən görmək #uğursuzluqların qarşısını alır?

👉 Və niyə bu metod yalnız risklərə hazır olmaq üçün yox, həm də #hədəflərə çatmaq üçün ən güclü alətlərdən biridir?

Epizodda həm neqativ düşüncənin faydalarından, həm də pozitiv gücün vacibliyindən danışırıq. #Planlama, uğursuzluqlara qarşı dayanıq...


Yarımçıq Qalan Hər İş Enerji Vampiridir — Çarə: Bu Metod
#69
09/20/2025

Niyə Yarımçıq İşlər Səni Yorur və Necə Dayandırmaq Olar?

Həll yolu sadədir: bir kağız, bir qələm və bir neçə dəqiqə vaxt.

Necəsini öyrənmək üçün dinlə


Sabahı Qazanmaq Üçün Axşam 3 Sual Yetər
#68
09/18/2025

Günün necə başladığı çox vaxt onun necə davam edəcəyini müəyyənləşdirir.

Bu epizodda sənə məhsuldarlığını qat-qat artıracaq sadə bir üsul paylaşırıq: səhəri gecədən planlamaq. Cəmi üç sualla sabahına aydınlıq gətir:

✨ Nəyin üzərində işləyəcəksən?

✨ Hansı alətlərə ehtiyacın olacaq?

✨ Vaxtını necə idarə edib nə qədər iş görə biləcəksən?

Bu vərdişi gündəlik həyatına əlavə et, sabahına daha fokuslu, stresssiz və güclü başla! 🚀


Heyatına Maraq Qatmaq Üçün Bunu Et
#67
09/02/2025

Bu epizodda həyatın necə daha maraqlı ola biləcəyini açıram.

Cavab sadədir: Flow. Axın halına girərək darıxdırıcı anları belə zövqə çevirə bilərsiniz. Flow sadəcə məhsuldarlıq deyil – o, həyatı daha canlı və maraqlı hiss etməyin açarıdır.


Başqalarının Yox, Öz Gündəmini Yaşa!
#66
08/22/2025

ox vaxt günümüzü başqalarının planları yeyir.

Öz məqsədimiz isə kənarda qalır.

Bu epizodda vaxtını necə qorumaq, gündəmini necə özün yazmaq və axşam refleksiyasını gündəlik gücə çevirmək barədə danışıram.


«Haterlər» sənin əngəlin yox — qalxmaq üçün pilləndir!
#65
08/19/2025

Bu epizodda «haterlər» və tənqidlərin necə gücə çevriləcəyini açıqlayıram.

Onların dedikləri səni yavaşlatmasın — əksinə, addımlarını sürətləndirsin.

Doğru alətlə, «haterlər» sənin ən böyük motivasiya mənbəyinə çevrilə bilər.


Motivasiya və Disiplini Canlı Saxlamağın Sirri: Sürpriz + Yenilik.
#64
08/16/2025

Motivasiyanı niyə itiririk?

Çünki beyin təkrara tez alışır və artıq əvvəlki qədər həyəcan hiss etmir.

Bu epizodda sənə motivasiya və nizam-intizamı canlı saxlamanın gizli silahını açıqlayıram: sürpriz və yenilik.

Beynimizin yeniliyə qarşı marağı və istəyinin necə işlədiyini, bunu gündəlik həyatına necə tətbiq edə biləcəyini izah edirəm.

Beləcə, həm motivasiyan sönmür, həm də disiplini qoruyursan.

👉 İndi dinlə və həyatına “yenilik yanacağı” əlavə et!


Sadə Et, Yoxsa İşləməyəcək.
#63
08/08/2025

Heç düşündünüzmü ki, niyə yaxşı planlar çox vaxt pozulur?

Çox vaxt səbəb ideyanın səhv olması deyil — sistemin çox mürəkkəb olmasıdır.

Bu epizodda ən uğurlu strategiyaların əslində necə sadə olduğunu izah edəcəyəm. Sadəcə iki sual vermək — Bunu necə daha sadə edə bilərəm? və Necə daha asan izlənilən edə bilərəm? — icranızı dərhal gücləndirə bilər.

Sadəliyin strategiyanı daha möhkəm, təkrar etməsi asan və pozulması çətin etdiyini öyrənəcəksiniz — hətta ən pis gü...


Özünü Özünə Təsdiq Et, Başqalarına Yox.
#62
08/06/2025

Bu epizodda bir sualın ətrafında dönürük: Səni heç kim izləməyəndə necə işləyirsən?

Çox işləmək kifayət deyil — keyfiyyətli işləmək və ən əsası, səni heç kim görməyəndə də eyni dərəcədə məsuliyyətli və sədaqətli qalmaq əsl gücdür. Bu epizodda həm işə yanaşmamızı, həm də daxili motivasiyanı necə qurmalı olduğumuzu danışırıq.

Çünki uzun yolda səni uğura aparan tək şey var: Özünü özünə sübut etmək.

Başqalarının bəyən...


Bu yanaşma ilə 2 kitab yazdım.
#61
07/08/2025

Az vaxtın da böyük bərəkəti var..

20 dəqiqə “azdır” deyib keçirik. Amma bir ayda belə 30 belə gün var. İki ayda 50+. İndi təsəvvür elə, bu ritm bir ilə çevrilsə — nə qədər böyüyə bilər?

Az vaxtın çox bərəkəti var. Sadəcə sən onu qiymətləndirməyi bacarmalısan.

Davamlılıq + az vaxt = böyük nəticə.


İçindəki 4 Kimlikdən Hansı Səni İdarə Edir – və Niyə Orada Donub Qalmısan?
#60
06/30/2025

Bu epizodda özünü necə sabotaj etdiyini və hansı daxili kimlikdə ilişib qaldığını kəşf edəcəksən. Bu, məhsuldarlıqdan tutmuş qərarverməyə qədər hər şeyə təsir edir.

Dinlə və özünlə üzləş: Bu, sadəcə bir podkast deyil, güzgüdür.


🎧 Zamanımızın Super Gücü — Diqqət
#59
06/30/2025

Bu epizodda diqqətin gücü və onu necə inkişaf etdirə biləcəyimizdən danışıram.

🔑 Niyə uzunmüddətli diqqət bu qədər vacibdir?

🔨 Diqqət əzələsini necə məşq etdirməliyik?

🚫 Yayındırmalardan necə qorunmalı?

🔥 Niyə hər gün bu bacarığı şüurlu şəkildə məşq etməliyik?

Uzun müddət bir çətin işə fokuslana bilmək – bu günün super gücüdür.


100% Qətiyyət: Disiplinin Tək Yolu
#58
06/22/2025

Bu epizodda disiplinli olmağın tək yolundan danışıram: qapını bağlamaq və heç bir müzakirəyə açıq olmayan 100% qətiyyətlə yaşamaq. “Bir dəfədən bir şey olmaz” kimi görünən yalanların necə fəlakətli nəticələr verdiyini, bu bir cümlənin momentumumuzu necə dağıtdığını və özümüzlə apardığımız sonsuz müzakirələri necə bitirə biləcəyimizi izah edirəm.

Əgər sən də daima nizamlı, məqsədli və güclü qalmaq istəyirsənsə, bu epizod sənin üçün yol xəritəsidir. Disiplin sadəcə...


Sualın Düzdürsə, Beyin Yol Tapacaq.
#57
05/14/2025

Özünə verdiyin suallar səni istədiyin nəticələrəmi yönləndirir, yoxsa əksinə — səni məğlubiyyətə aparır?

Suallar promptlardır, beynimiz isə süni intellekt kimidir.

Keyfiyyətli cavab üçün verdiyimiz promptları – yəni sualları – düzgün seçməliyik.

“Heç düşündünmü ki, nə düşünürsən və necə suallar verirsən?”

Avtomatlaşmış, vərdişə çevrilmiş sualları niyə daha şüurlu və güclü suallarla əvəz etməliyik?


Gündə Cəmi Dörd Saat İşlə və Daha Çox Nəticə Qazan!
#56
05/11/2025

🎙️ Yeni Epizod: Gündə Cəmi Dörd Saat İşlə və Daha Çox Nəticə Qazan!

Bu epizodda iş vaxtını daha ağıllı idarə etməyin yollarından danışıram. Əsas sual: niyə günün yalnız dörd saatını ən önəmli işlərə ayırmaq kifayətdir? Cavabları və daha artığını bu epizodda tapacaqsınız.👇

🔹 Ən önəmli işlər iki qrupa bölünür:  • Koqnitiv baxımdan çətin və yüksək fokus tələb edən tapşırıqlar  • Koqnitiv baxımdan asan, amma strateji və uzunmüddətli dəyəri olan tapşırıqlar

🔹 Az önəmli işlər nə...


Xəyallarına Yer Aç: Gündə 30 Dəqiqə.
#55
04/16/2025

Əksəriyyətimiz düşünür ki, böyük layihələr, önəmli işlər üçün uzun saatlara ehtiyacımız var. Amma həqiqət budur: hər gün cəmi 30 dəqiqə ayırmaq kifayətdir ki, illərlə təxirə saldığın ideyanı həyata keçirəsən.

Bu metodun ən güclü tərəflərindən biri də budur:Həyat hər gün ideal olmur. Bəzən çox işimiz olur, bəzən yorğun, halsız, motivasiyasız oluruq. Amma 30 dəqiqəni tapmaq – bu mümkün olan bir şeydir.

Bu epizodda bu sad...


Axşamlar Xəyallarını Reallaşdırmaq Üçündür.
#54
04/09/2025

Əsl İş Axşam İşdən Sora Başlayır.

Ş


Davranışları Dəyişdirməkdə və Formalaşdırmaqda Ustalaşmaq Üçün Bunları Et.
#53
02/24/2025

Davranışları Dəyişdirmək Niyə Çətindir? Necə Asanlaşdıra Bilərik?

Yeni davranışlar formalaşdırmaq və köhnə, istəmədiyimiz vərdişlərdən qurtulmaq çox vaxt çətin olur. Bunun əsas səbəbləri bunlardır: beynin müqaviməti,Kimliklə bağlılıq, Avtomatik reflekslər.

Davranış dəyişdirmək çətindir, çünki beynimiz status-kvonu qorumağa meyllidir. Amma kiçik addımlarla başlamaq, mühitimizi dəyişdirmək və kimliyimizi yeni vərdişlərimizə uyğun formalaşdırmaq prosesi asanlaşdırır. Əsas məsələ davamlılıqdır.