Əkinçi

40 Episodes
Subscribe

By: akinchi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

✂️ Turn this podcast into clips
Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə
Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə episode artwork
#53
Yesterday at 4:50 PM

Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir.

Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir.

Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyətinə təsiri, eləcə də müalicə və profilaktika yolları haqqında praktik tövsiyələr təqdim olunur


Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova
Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova episode artwork
#52
Last Thursday at 4:50 PM

Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır. 

Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan əhəmiyyəti və süni intellekt dövründə oynadığı rol təqdim olunur. Qonağımız həmçinin bu bacarıqların anadangəlmə olmadığını, davamlı təcrübə və özünü


Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova
Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova episode artwork
#51
07/13/2026

Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür.

O, çıxışında Handicraft-ın kiçik təşəbbüsdən geniş yaradıcı icmaya çevrilməsi, yerli istehsalçıların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün yaradılan imkanlardan danışır.

Qonağımız platformanın formalaşdırdığı ekosistemdən, eləcə də yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlardan bəhs edir.


Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova
Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova episode artwork
#50
07/09/2026

Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir.

Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər və yaratdıqları obrazlar vasitəsilə necə ifadə etdiklərini, eləcə...


Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova
Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova episode artwork
#49
07/06/2026

Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır.

Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanların sağlamlığını, psixi rifahını və həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət etməlidir.


Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova
Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova episode artwork
#48
07/02/2026

Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır.

Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır.

Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasının vacibliyindən və memarlıq təhsilində bu yanaşmanın rolundan


Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev
Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev episode artwork
#47
06/29/2026

Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir.

Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, modernləşmənin və sənaye inqilabının Azərbaycan musiqi mədəniyyətində buraxdığı izləri təhlil edir.


Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat
Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat episode artwork
#46
06/25/2026

United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir.

Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır.

Qonağımız qeyd edir ki, iqtisadi cəhətdən müstəqil qadınlar daha dayanıqlı, sabit və firavan cəmiyyətin


Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov
Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov episode artwork
#45
06/22/2026

Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir?

Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır.

Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaqların kitablardan nə öyrəndiyini və


Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı
Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı episode artwork
#44
06/18/2026

Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir.

Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır.

Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətəndaşların yetişdirilməsi təhsilin əsas vəzifələrindən birinə çevrilir.


Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev
Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev episode artwork
#43
06/15/2026

Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub.

İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır.

Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, problemləri araşdırmaq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək olmalıdır.


Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov
Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov episode artwork
#42
06/11/2026

Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur.

Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir.

Spiker həmçinin hər bir istifadəçinin tətbiq edə biləcəyi sadə, lakin effektiv təhlükəsizlik tədbirlərindən bəhs edir.


Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə
Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə episode artwork
#41
06/08/2026

Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır.

Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar.

Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya şirkətləri arasındakı fərqləri, vençur kapitalının rolunu və süni intellekt ətraf


Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı
Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı episode artwork
#40
06/04/2026

Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir?

Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı ilə bu videoda platforma idarəçiliyinin, kontent moderasiyasının və rəqəms


Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə
Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə episode artwork
#39
06/01/2026

“İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir?

Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir.

Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər? Cəza və sərt nəzarət həqiqətən nəticə verirmi?

Bu barədə daha ətra


Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov
Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov episode artwork
#38
05/28/2026

Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarının sahibi olan Meta şirkəti tərəfindən inkişaf etdirilən PyTorch açıq mənbəli maşın öyrənməsi platforması üzərində çalışaraq dünya miqyaslı süni i...


Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva
Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva episode artwork
#37
05/25/2026

SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır.

Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir.

Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qidalanma ilə bağlı yayılmış yanlış təsəvvürləri haqqında danışaraq, təbii məhsulların uzunmüddətli sağlamlıq üçü


Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar
Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar episode artwork
#36
05/21/2026

“Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir.

Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünlüyə çevriləcək.

Spikerin fikrincə, uşaqlar yalnız texnoloji al...


Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin
Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin episode artwork
#35
05/18/2026

Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır.

Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır.

Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş mühiti kimi üstünlüklərindən bəhs etməklə yanaşı, onun tələb etdiyi məsuliyyə


Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə
Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə episode artwork
#34
05/14/2026

Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir.

Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür. O vurğulayır ki, uşaqlara hazır cavablar vermək yox, düşünmək və seçim etmək fürsəti yaratmaq daha vacibd


Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova
Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova episode artwork
#33
05/11/2026

ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub.

Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur.

Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq vasitəsi deyil, düşünməyi, arqument qurmağı və öz fikirlərini ifadə etməyi öyrədən bir prosesdir.


Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva
Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva episode artwork
#32
05/07/2026

Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb.

Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən problemləri yaradır. O əlavə edir ki, şirkətlərin “özünə qayğı” mesajı altında insanlara əlçatmaz standartlar


Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova
Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova episode artwork
#31
05/04/2026

Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir.

Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzərində qurulan bu biznes barədə daha çox öyrənmək üçün yeni videomuzu izləyin.


Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev
Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev episode artwork
#30
04/30/2026

ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır.

Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinliklərlə üzləşir. Anar Vəliyev vurğulayır ki, təhsil yalnız diplom demək deyil, eyni zamanda insanın yetkinləşməsi və f


Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı
Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı episode artwork
#29
04/27/2026

Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir.

Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır. 

Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə bilməz.


Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova
Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova episode artwork
#28
04/23/2026

Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir.

Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir.

Pəri Osmanova vurğulayır ki, biz uşaqlara hər şeyi öyrədə bilmərik, amma onl...


Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə
Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə episode artwork
#27
04/20/2026

Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir.

Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur.

Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğunlaşdığını deyən qonağımız əlavə edir ki, dron istifadəsində əsas dönüş nöqtəsi texnoloji deyil,


İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı
İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı episode artwork
#26
04/16/2026

İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir. 

O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır.

Bununla belə, influnserlərin təsir gücü danılmazdır və bu, onlardan daha məsuliyyətli davranış tələb edir. 


Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov
Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov episode artwork
#25
04/13/2026

Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir.

Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqondulaşma və resurs çatışmazlığı bu problemləri daha da dərinləşdirir. Qonağımız güclü plan...


Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə
Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə episode artwork
#24
04/09/2026

Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır.

Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu nəticəyə əsaslanan yanaşma, güclü mühit və qlobal düşüncəyə açıq olmaqdan keçir.


Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə
Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə episode artwork
#23
04/06/2026

Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır.

Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə baxmayaraq, çox vaxt praktiki dəstəyin çatışmazlığı ilə üzləşirlər. Nəticədə, resurslara və imkanlara çıxışın məhdudluğu alimlərin p


Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova
Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova episode artwork
#22
04/02/2026

Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır.

Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclərin bu sahədən uzaqlaşmasına səbəb olur. Təhsil alanların bölgələrdə iş tapa bilməmə


Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə
Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə episode artwork
#21
03/30/2026

Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir.

Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini vurğulayır. O, həmçinin kouçluğun psixologiya, mentorluq və motivasiya ilə


Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova
Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova episode artwork
#20
03/19/2026

Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur.

Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir.

Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir və bu dəyişiklik məktəb və ailə əməkdaşlığının yeni formalarını tələb...


Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova
Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova episode artwork
#19
03/16/2026

Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil.

Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə edir ki, orqanizmin əsas enerji mənbələrindən biri karbohidratlardır və bədənin ehtiya...


Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva
Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva episode artwork
#18
03/12/2026

Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır.

Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vurğulayır və əlavə edir ki, təhsil, istehsal və bazar arasında güclü əlaqə qurulsa, Azərbaycan moda sahəsində


Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı
Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı episode artwork
#17
03/09/2026

Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq.

Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır.

Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial r...


Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə episode artwork
#16
03/05/2026

Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir.

Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib.

Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün


Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə
Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə episode artwork
#15
03/02/2026

Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır.

Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün...


Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva
Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva episode artwork
#14
02/26/2026

Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır.

Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkir...