PLANET FM
El-Ninyo dünyada hava şəraitini dəyişir: Azərbaycanda oktyabr necə keçəcək?
Planet FM-in "İqlim Gündəliyi" verilişində həm qlobal miqyasda, həm də Azərbaycanda müşahidə olunan hava şəraitinin dəyişikliyi və bu dəyişikliyin arxasında duran iqlimlə bağlı səbəblər müzakirə olunur.
Müntəzəm proqnozları və maraqlı hava yeniləmələri ilə Instagramda çoxsaylı izləyici kütləsi qazanmış məşhur hava məlumatı səhifəsi olan "Weather man"-in yaradıcısı Aqil Şirinov, verilişdə iqlim dəyişikliyinin havaya təsirlərindən, El-Ninyonun Azərbaycana və dünyaya təsirindən, Azərbaycanda havaya təsir göstərən ən əsas amillərdən
1 Gecəsi 500 Manat?! | Türkiyənin ən baha kurortu Kaş - Yunanıstanın Gizli Məkanları
Mərkəzi Avropa və Aralıq dənizi səyahəti haqqında real təcrübələr!
“Planeti VISA ilə kəşf edək” rubrikasında marketinq mütəxəssisi və bloqer Aytən Rzalı ilə Türkiyənin Kaş bölgəsi, Yunanıstanın Korfu adası, Fransanın Strasburq şəhəri və İsveçdə təhsil həyatından danışdıq. Qonağımız vizasız gəzinti yerləri, qiymət artımı, butik hotellər və Avropaya səyahət tövsiyələrini verdi.
Bali Adasında Ucuz Qalmaq Və 40$-a 40-cı Mərtəbədə Hovuzlu Evlər
Asiya ölkələrinə ucuz və rahat səyahət etməyin bütün sirləri!
“Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə səyahət həvəskarları üçün xüsusi mövzuya toxunduq.
Verilişimizin qonağı, ATBA üzvü və təcrübəli səyahətçi Kənan Mənsimov İndoneziya - xüsusilə Bali, eləcə də Malayziya və Sinqapur səfərləri ilə bağlı dəyərli təcrübələrini bölüşdü.
“Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!
Serbiya Səyahət Bələdçisi 2026 | Belqrad Qiymətləri, Şopinq Və Həftəsonu Turları
Azərbaycan vətəndaşları üçün vizasız Avropa ölkəsi — Serbiya!
“Planeti VISA ilə kəşf edək” rubrikamızın budəfəki qonağı turizmçi Fəxri Məmmədli oldu. ✈️🌍
Serbiyaya səyahət etmək istəyənlər üçün maraqlı və faydalı məlumatları, ölkənin gəzməli-görməli yerlərini, səyahət imkanlarını və diqqət edilməli məqamları birlikdə müzakirə etdik.Vizasız səyahət imkanlarından yararlanaraq Avropanı kəşf etmək istəyirsinizsə, Serbiya haqqında daha çoxunu buraxılışımızda öyrənə bilərsiniz!
✨“Planeti VISA ilə kəşf edək” — yeni ölkələr
34 İLDİR YOL GÖZLƏYƏN AİLƏLƏR! - Qarabağda 4000 İtkinin Məzarlıqları Və Cenevrə Aksiyası
Planet FM-in "Zaman Maşını" verilişinin qonağı "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oldu.
Süni İntellekt, Kibertəhlükəsizlik və Rəqəmsal Bankçılıq: Qərarlarımızı kim verir?
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
Texnologiya Dünyasında Qadın Liderliyi: Şəhla Məmmədovanın Uğur Hekayəsi
Rəqəmsal layihələr və məhsul idarəetməsi sahəsində 15 ildən çox təcrübəyə malik Şəhla Məmmədova Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki" verilişində qonaq oldu. Şəhla xanım texnologiya sahəsində stereotiplərin qırılması, gənc qızların bu sahəyə cəlb olunması, biznesdə düzgün kommunikasiya və iş-həyat balansı barədə öz dəyərli təcrübələrini bölüşdü.
Biomüxtəliflik və 2050-ci ilin Azərbaycanı | İqlim dəyişikliyi biomüxtəlifliyə necə mənfi təsir edir?
Planet FM-in "İqlim Gündəliyi" verilişində iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri, həm qlobal miqyasda, həm də Azərbaycanda baş verən son ekoloji proseslər müzakirə olunur.
Biomüxtəliflik üzrə mütəxəssis, eko-fəal Zülfi Fərəcli verilişdə iqlim dəyişikliyinin təbiətə təsirlərindən, vəhşi təbiət dəhlizlərindən, quşların miqrasiyasından, Azərbaycandakı ən həssas ekosistemlərdən və biomüxtəlifliyin qaynar nöqtələrindən bəhs edir. Həmçinin 2050-ci ildə Azərbaycanın təbii mühitinin necə gö...
12-ci Əsrdən Müasir Dövrə: Nizami Gəncəvinin Hər Dövrə Silinməz Təsiri
Nizami fəlsəfəsi əsrlər boyu aktuallığını necə qoruyub? "Zaman Maşını" verilişinin yeni buraxılışında yazıçı Şərif Ağayarla birlikdə dahi şairin müasir ədəbiyyata qədər uzanan və hər dövrə damğa vuran qüdrətli irsini müzakirə edirik. Siyasət, tarix və ədəbiyyatın kəsişdiyi bu maraqlı söhbəti qaçırmayın!
Avropanın Sehrli Guşələri: Qaudinin Barselonasından Amsterdamın Yel Dəyirmanlarına
“Planeti VISA ilə kəşf edək” rubrikasının qonağı səyahət bloqeri Aynur Cəfərova ilə Avropanın populyar istiqamətlərini kəşf edirik.
Barselona: Antoni Qaudinin məşhur memarlıq inciləri sayılan "Sagrada Familia" kilsəsi və "Park Güell"-ə səyahət edir, şəhərin mərkəzindəki "Flamenco" şousundan və "La Boqueria" bazarındakı təzə dəniz məhsullarından danışdıq. Həmçinin, qonağımız muzey biletlərini öncədən onlayn almağın və şəxsi əşyalara qarşı diqqətli olmağın nə dərəcədə vacib olduğunu vurğuladı.Amsterdam və Belçika:<...
BÖYÜK BRİTANİYA SƏYAHƏTİ! - Şotlandiyada Resepşonsuz Otel Və Cadugərlər Şəhəri Edinburq
Birləşmiş Krallıq səyahəti haqqında hər şey! Planet FM-in qonağı Könül Nuriyeva ilə İngiltərənin paytaxtı London və Şotlandiyanın mistik şəhəri Edinburq gəzintisindən danışırıq! Londonda Big Ben, Westminster Abbey, Buckingham sarayı və şəhər nəqliyyatı necədir? Edinburqda Harry Potter əsərinin yazıldığı "Elephant House" kafesi, Witches' Well cadugərlər memorialı, Şotlandiya milli yeməyi Haggis və resepsionsuz avtomatlaşdırılmış otel təcrübəsi bu videoda! Həmçinin Britaniya vizası almaq və gömrükdə sorğu-sual qaydaları haqqında vacib məsləhətlər.
Aparıcılar: Rəhman Rəsulov
Qo
Saxtalaşdırılmış tarix: Qafqaz Albaniyasının irsi necə mənimsənildi?
“Zaman Maşını” verilişinin bu bölümündə tarixçi-alim Rizvan Hüseynovla Qafqaz Albaniyası kilsələri haqqında ətraflı söhbət etdik. Söhbət zamanı Gəncəsər, Xudavəng və Ağoğlan məbədlərinin Alban xristianlığı ilə bağlılığı və bu abidələrdə qorunub saxlanılan tarixi izlərə də toxunduq.
6 Qadının Afrika Macərası: Keyptaun Sahillərindən Keniya Safarisinə
“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı səyahətsevər Hökümə Abbasova ilə uşaqlıq arzusu olan Cənubi Afrika Respublikası və Keniyaya səyahətindən danışdıq.Söhbət zamanı Keyptaunun Mayamini xatırladan sahillərindən, Ümid burnundan və Afrika pinqvinləri ilə bağlı unudulmaz xatirələrdən bəhs etdik. Eyni zamanda, Afrikada turistlər üçün təhlükəsizlik qaydaları, Keniyanın vəhşi təbiətində safari macərası və səyahət büdcəsini düzgün planlaşdırmağın yollarına da toxunduq.
Maldiv adalarında istirahət üçün ən yaxşı istiqamətlər
"Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahətçi, turizm sahəsində 18 ildən çox təcrübəyə sahib Günay Abdullayeva oldu.
Transformativ Kouçinq və Özünü Kəşf: Qadının Daxili Gücünə Səyahəti
Verilişdə müasir cəmiyyətdə qadının mövqeyi, iş və ailə arasında balansın qorunub saxlanması, karyerada uğur qazanmağın sirləri və stereotip fikirləri şəxsi təcrübə əsasında inkar edən qadınlarla müsahibəni Günel Mavliyarovanın təqdimatında dinləyə bilərsiniz.
Elm Adasında Dayanıqlılıq: Təbiət, İnsan və İnfrastrukturun Harmoniyası
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
Dəli bal, küçə masajı və canlı ilahə: Səyahətdən maraqlı hekayələr
"Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahət bloqeri, fotoqraf Orxan Rəhmanlı oldu.
Nepalda “dəli bal”ın sirri nədir?
Kumari ənənəsində “canlı ilahə” kimi qəbul edilən qızlar kimlərdir?
Hindistan və Pakistanda küçə masajının oxşar tərəfləri nələrdir?
Efiopiyada Mursi və Benna icmaları ilə qarşılaşmaq necə hissdir?
Bəs Zanzibarın Afrika, ərəb və Hindistan mədəniyyətlərinin qarışığı gündəlik həyatda necə görünür?
Süni intellekt dövründə təhsilin əhəmiyyəti: Müasir dünyada təhsil nə qədər vacibdir?
"Zaman Maşını" verilişinin qonağı təhsil üzrə ekspert Ramin Nurəliyev oldu.
Qədim Binəqədinin sirrli tarixi
“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı tarixçi Müşfiq Əkbər oldu.
Almaniyanın ən hündür dağına necə çıxmaq olar?
"Planeti Visa ilə kəşf edək" rubrikasının qonaqları səyahətsevər və dünyanı gəzməkdən zövq alan cütlük Turqay Adıgözəlov və Səidə Adıgözəlova oldular.
Nömrə Almaq Üçün 7 İL NÖVBƏ?! 😱 Pekində Avtomobil Sürməyin Şok Qaydaları!
Çinə səfər etməzdən əvvəl bilməli olduğunuz hər şey bu müsahibədə! Radio aparıcısı və avtobloqer Raqif Raufoğlu Pekin və Şanxay təəssüratlarını, Çin avtomobilləri haqqında gizli qalan məqamları və ölkədəki real həyat qaydalarını bölüşür. Pekində nömrə almaq niyə 7 il çəkir? Çindən gələn Destroyer modelləri niyə Şanxayda yoxdur? Rouminq, WhatsApp, Visa kart ödənişləri, 350 km/s sürət qatarları və Çin restoranlarındakı maraqlı adətlər haqqında ən aktual məlumatlar!
3 Manata Biznes Klass Və VİZASIZ Tayland Turları! - Monteneqro Və Yunanıstan Vizası Almaq
Turistlər saxta tur paketlərə qarşı necə qorunmalıdır?
Aldadılmamaq üçün alınan tur paketləri onlayn sistemdə necə yoxlamaq olar?
2026-cı ildə Tayland, Misir (Şarm əş-Şeyx, Əl-Alemeyn), Monteneqro və Yunanıstana ən ucuz turları necə əldə etmək mümkündür?
Bu verilişdə Planet FM-in qonağı, "Kompas Tur Operator" şirkətinin agentlər üzrə koordinatoru Emin Topçubaşov ilə B2B turizm şəbəkəsi, tur paketlərin onlayn yoxlanılması funksiyası, Misir Maldivləri sayılan Əl-Alemeyn istiqaməti, Taylanda vizasız gediş-gəliş qaydaları, Monteneqro və Yunanıstan vizasının rahat alınma yolları və erkən rezervasi...
Çində Təhsil, Yaşayış Və Qiymətlər - Çində Hansı Şəhərlərə Gitmək Lazımdır?
Çində təhsil almaq necədir?
Çinlilər doğrudanmı pişik və it əti yeyirlər?
Mollarında 100 manatlıq malı 20 manata necə düşürmək olar?
Bu verilişdə Planet FM-in qonağı, Azərbaycan Dillər Universitetinin məzunu və Çində ixtisasartırma keçmiş Çin dili mütəxəssisi Mərziyə Vəliyeva ilə Çin təhsili, HSK imtahanları, çinli müdirlərin azərbaycanlı müdirlərdən fərqi, Çin avtomobilləri (Xiaomi, Li Auto, BYD) və Yiwu, Şanxay, Chongqing şəhərlərindəki biznes mühiti haqqında danışırıq! Həmçinin verilişdə Çin dilini 1 ilə öyrənməyin sirləri, "Ni hao...
İndoneziya, Balida Həyat - İspaniya Plajlarında Qadağalar - Avropa Və Asiya Turları
İndoneziyada 1 il yaşamaq necə bir təcrübədir?
22 yaşında 32 ölkə gəzən Sahilə Babayeva İndoneziya dilini necə öyrənib və Balidə turizm sahəsində necə işə başlayıb? Bu verilişdə Planet FM-in qonağı, səyahəti həyat tərzinə çevirən Sahilə Babayeva ilə İndoneziya mədəniyyəti, İspaniyanın Palma de Malorka adasındakı çimərlik qadağaları, cərimələr, Avropada avtomobil kirayələmək sirləri və Kərbəlaya 80 km-lik piyada səyahət təcrübəsini müzakirə edirik! Həmçinin videoda Almaniyada qatar gecikmələri, İtalyanların pasiv-aqressiv xara...
Tailanda Hansı Ayda Getmək Lazımdır? - Ucuz Tətil Etmək - Kruiz səyahəti haqqında
Səyahətə daha az büdcə ayıraraq maksimum zövq almaq istəyirsiniz? Bu verilişdə "Air Travel and Tour" şirkətinin icraçı direktoru və "Tur Meneceri Ol" təlim mərkəzinin həmtəsisçisi Aynur Ələsgərova ilə Tailand istiqaməti, ucuz aviabilet tapmaq yolları, 2026-cı il viza qaydaları və kruiz səyahəti planlaması haqqında ən vacib nüansları müzakirə edirik!
Aşağı büdcə ilə 4 Şəhər Və Balidə Yaşamaq Həyəcanı! - Avropada Yaşamaq Və Təhsil Xərcləri
Dünyanı az büdcə ilə necə gəzmək olar? Balidə yoqa təlimləri, İsveçrənin maşınsız sakit kəndləri və Böyük Britaniyanın məşhur Oxford Universitetində təhsil almaq üçün nə etməlisiniz?
Bu podcastda Planet FM-in qonağı, Travel Bloger Gülnar Bəxşəliyeva ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Şotlandiya, İsveçrə dağları, Malayziyanın Batu Caves məbədi, Balidə yerli əhalinin həyat tərzi və ucuz bilet almaq üçün Miles kartlarından necə istifadə etməli olduğumuzu müzakirə edirik!
Həmçinin verilişdə İngiltərənin 5 ça...
$500-a Bütün İtaliyanı Necə Gəzdik? | Ən Ucuz Səyahət Hiyələri
Büdcəli səyahət etmək necə mümkündür? $500 ilə İtaliyanın 4 şəhərini necə gəzmək olar? Sinqapur doğrudanmı bahalı ölkədir, yoxsa $1-a şəhəri kəşf etmək olar?
Bu podcastda Planet FM-in qonağı, Travel Bloger və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü Arifə Eminli ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Asiya turlarını (Tayland, Çin, Malayziya, Sinqapur), Maldiv adalarında yaşadığı gözlənilməz akula həyəcanını və $3.95-a biznes klassla necə uçduğunu müzakirə edirik!
Avropa Viza Sirləri, Şərab Tünelləri Və Lüksemburqda Həyat
Avropada yaşamaq, oxumaq və səyahət etmək necə bir təcrübədir? Dünyanın ən zəngin ölkələrindən biri olan Lüksemburq ilə Avropanın ən kasıb ölkəsi sayılan Moldova arasında hansı fərqlər var?
Bu podcastda Planet FM-in qonağı, səyahətçi-jurnalist Nərmin Abbasova Lüksemburqda 2 ildən çox yaşamaq təcrübəsini, pulsuz ictimai nəqliyyat sistemini, dövlətin dərman xərclərini qarşılamasını, eləcə də yerli "Britzel" şirniyyatı ilə sevgini etiraf etmək adətini bölüşür!
Həmçinin verilişdə Moldova (Kiş...
Parisdə otel seçimini hansı ərazilərdən edək?
"Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı səyahətçi Gülnaz Cabbarlı oldu. Qonağımız dəyişən viza qaydalarından, müxtəlif ölkələrə olan səyahətlərindən söhbət açdı.
İstanbulun uyğun büdcəli məkanları harada yerləşir?
"Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı aktyor, səyahətsevər Rafət Əliyev oldu. Qonağımız İstanbulda aktyorluq peşəsinin imkanlarından, şəhərin görməli yerlərindən, uyğun büdcəli restoranlarından söhbət açdı.
Özbəkistanı 5-7 günə tam kəşf edə bilərsiniz!
“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı turizmçi, "travel blogger" Sürəyya Axundova ilə Özbəkistan səyahətindən söhbət açdıq. Qonağımız Özbəkistanın gəzməli və görməli yerləri, mədəniyyəti, yeməkləri haqqında faydalı məlumatlar bölüşdü.
İsveçdə içməli su həryerdə baha deyil !
“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı “Neway Academy” xarici dil mərkəzinin təsisçi və direktoru Elnur Quliyev oldu. Qonağımızla Norveç, Danimarka və İsveç səyahətindən söhbət açdıq.
İslandiya haqqında bunları bilmirdiniz
Amerikada Yaşamağın Gizli Tərəfləri: $5000 Kirayə, H-1B Viza Çətinliyi və Mayami Həyatı!
Amerika Birləşmiş Ştatlarında yaşamaq, iş qurmaq və təhsil almaq həqiqətən sadəcə xəyaldır? Bu müsahibədə İtaliya və ABŞ-də təhsil almış, hazırda Mayamidə onlayn çalışan Fidan Əlizadə ilə Amerikada immiqrant həyatının bütün reallıqlarını danışdıq.
Kapadokya Hava Şarı Qiymətləri 2026 | Tbilisi, Misir və Paris Səyahəti
Bu buraxılışımızda ailəvi səyahət həvəskarı Rəna Cəbrailova ilə birlikdə Kapadokya hava şarı turları, qiymətlər, Tbilisi yarımmarafonu, Misir turları və Avropada ucuz səyahət haqqında danışdıq.
Almaniyada Bu Səhvi Etməyin! | 10 Saat Təyyarədə Qaldı, 30 Saat Qatarda! | Avropada oxumaq
Avropada pulsuz magistr təhsili almaq, hər semestr başqa ölkədə (Litva, Almaniya, İsveç) yaşamaq və Formula 1 üzrə qlobal kontent kreytor olmaq! SoMu (Social Linguistics and Multilingualism) proqramı tələbəsi Səbinə Məcidli bu videoda Avropada qarşılaşdığı bürokratik çətinliklərdən, alman dəqiqliyi mifindən və Formula 1 təcrübələrindən danışır. Bu suallara cavab tapacaqsınız:
SoMu təqaüd proqramına necə müraciət etmək olar?Almaniyada transport gecikmələri və 30 saatlıq qatar kabusu!Televizorunuz olmasa belə Almaniyada ödəyəcəyiniz MƏCBURİ vergi nədir?Qlobal Formula 1 kontent kr...
Xaricdə Pulsuz Təhsil Və Təqaüd Proqramları 2026 | Litva Yaşam Şərtləri və Vizasız Təhsil
Xaricdə təhsil almaq, Avropada yaşamaq və təqaüd proqramları (Macarıstan Hökumətlərarası Təqaüdü, Çin Təqaüdləri və s.) haqqında ən son yeniliklər! Təhsil mütəxəssisi Aytac Hüseynəliyeva 1 il Litvada yaşamaq təcrübəsindən, Polşa, Macarıstan, Çin və Cənubi Koreya universitetlərinə qəbul şərtlərindən danışır. Verilişdə aşağıdakı suallara cavab tapa bilərsiniz:
Avropa ölkələrinə (Polşa, Macarıstan) dil sertifikatsız qəbul olmaq mümkündür?Çin və Cənubi Koreyada təhsil almağın üstünlükləri və təqaüd imkanlar...
Avropada Bu Səhvi Etməyin! | Fransa, Çexiya və İtaliya Səyahət Həqiqətləri
Avropaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bütün həqiqətlər! İsgəndər İbrahim bu videoda Fransa (Parij, Lion, Marsel), Çexiya (Praqa), Avstriya (Vyana, Halştat), Macarıstan (Budapeşt) və İtaliya səfərlərindən ən maraqlı təcrübələrini, qiymətləri və təhlükəsizlik qaydalarını bölüşür. Bu verilişdə cavab tapacaqsınız:
Lion nə üçün Fransanın həqiqi mətbəx paytaxtıdır?Marseldə turistləri gözləyən kriminogen təhlükələr hansılardır?Luvr muzeyinə necə növbəsiz və pulsuz bilet almaq olar...
Niderlandda Yaşamaq və Qidalanmaq Sirri! | Avropada Ailə, Stres və İş Balansı
Niderlandda yaşamaq, düzgün qidalanma, stresin orqanizmə təsiri və Avropa həyat tərzi haqqında bilmək istədiyiniz hər şey bu müsahibədə!
2002-ci ildən Avropada, 2006-cı ildən isə Niderlandda (Hollandiya) yaşayan sosial psixoterapevt İlkanə Yusifova ilə Avropada ailə dəyərləri, sağlam həyat tərzi, iş-həyat balansı (work-life balance) və qidalanma mədəniyyətini ətraflı müzakirə etdik.
Söhbət zamanı mövsümi qidaların faydaları, qida qatqıları (E-nömrələr), stresin bağırsaq mikroflorasına (gluten və iltihab prosesləri) təsiri kimi sağlamlıq m...
Bölgələrdə Ev Kirayəsi Biznesi - Saxta Tur Şirkətləri - Şengen Vizası Almağın Yolları
"Welcome Travel Azerbaijan" turizm şirkətinin rəhbəri Emin Quliyev "Planetləri Visa ilə kəşf edək" layihəsində gəlmə və gediş turizminin cari vəziyyəti, Şengen vizası alarkən yaşanan əsas çətinliklər, saxta turagentlərdən qorunma yolları və xaricdə ucuz istirahət imkanları haqqında danışdı.
Bu buraxılışda Monteneqro, Yunanıstan, Özbəkistan, Qatar (Doha), Hindistan və Nepal istiqamətində səyahət planlamaq istəyənlər üçün vacib məsləhətlər yer alıb.