Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Tədris ili başlayır: Bakı yolları və avtobuslar sərnişin yükünə hazırdırmı? | Meqapolis
"Meqapolis" verilişinin qonağı AYNA-nın mətbuat katibi Tural Orucov oldu. Metro xətlərinin ayrılması ilə əlaqədar tətbiq olunan ekspres marşrutların fəaliyyəti və sərnişin tələbatını qarşılama imkanları, marşrutların sayının artırılması, avtobus parkının vəziyyəti və sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətləri, şəhərətrafı ərazilərdən mərkəzə sərnişindaşımanın yaxşılaşdırılması, Bakıda yol hərəkətinin təşkilində həyata keçirilən dəyişikliklər, eləcə də tədris ili ərəfəsində şəhər y
Təmizlik Sektorunda keyfiyyət standartları, texnologiya və gələcək | Meqapolis
"Meqapolis" verilişinin qonağı "White Star Cleaning"in Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. "White Star Cleaning" şirkətində xidmət keyfiyyətinin standartları, ən çox müraciət olunan təmizlik növləri, müştəri narazılıqları və şikayətlərlə iş mexanizmi, personalın təlimi və kimyəvi vasitələrin seçilmə prinsipləri, keyfiyyətə nəzarət və yoxlama mərhələləri, brendin bazardakı əsas fərqləndirici üstünlükləri, eləcə də təmizlik sektorunda süni intellekt, yeni texnologiyalar, robotların insan əməyini əvəzləmə imka
Bankçılıqda müştəri təcrübəsi və xidmət keyfiyyətinin prioritetləri | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Müşahidə Şurası sədrinin müşaviri Asiya Rüstəmova oldu. Bankın səhvlərinin operativ həlli və nüfuzun qorunması, müştəriyə sürətli və dəqiq xidmət, təhlükəsizliklə insani yanaşmanın balanslaşdırılması, əməkdaşların performans göstəriciləri, müştəriyə uyğun məhsul təklifləri, sistemli problemlərin idarə olunması və müştəri təcrübəsinin bankın gələcək inkişafındakı rolu müzakirə olundu.
“40 milyonluq uğur”: “Sabah” Çempionlar Liqasından nə gözləyir? | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Sabah"ın mətbuat katibi Elnur Həmidov oldu. “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasının yaratdığı təəssüratlar, klubun uğurunun əsas səbəbləri, püşkatmada müəyyənləşən rəqiblər və qarşıdakı hədəflər, turnirdən gözləntilər, maliyyə məsələləri, transfer planları, azarkeş marağı və bilet satışı, həmçinin klubun PR və media fəaliyyəti barədə danışıldı.
Ceki Çanı Azərbaycanda film çəkməyə dəvət edən kaskadyor | Meqapolis
"Meqapolis" verilişinin qonağı kaskadyor, döyüş xoreoqrafı Sain Fərhad oldu. Ceki Çanın rəsmi təlim mərkəzində təhsil almasından və məşhur aktyorla tanışlığından, kaskadyorluğun incəliklərindən, təhlükəli fəndlərdən, bu peşənin görünməyən qəhrəmanlarından, eləcə də Azərbaycanda kaskadyorluğun inkişaf perspektivlərindən danışdıq.
Bakı metrosu gələcəkdə necə olacaq? | Meqapolis
"Meqapolis" verilişinin qonağı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oldu. Bakı Metropolitenində gedən təmir-bərpa işlərinin yekunlaşma vaxtından, Nizami-28 May keçidi və xətlərin ayrılması layihəsinin mövcud mərhələsindən, yeni təhsil ilində sıxlığın qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, 2030-cu ilədək 9 yeni stansiyanın tikintisi vədinin reallığından və interval, ödəniş, rahatlıq sahəsində olacaq texnoloji yeniliklərdən danışdıq.
Velosiped, Bakı və sağlam həyat | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Aparla Səhər" klubunun yaradıcısı Aynur Nəbiyeva oldu. Bakıda velosiped mədəniyyətinin inkişafı, “Aparla səhər” ideyasının yaranma hekayəsi, velosipedlə Bakını kəşf etmək üçün marşrutlar və sağlam həyat tərzinə başlamağın vacibliyi barədə danışdıq.15:00
Amazonda işləyən həmyerlimiz: Amerikada sıfırdan başlamaq və karyera yolu | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Amazon Web Services" şirkətində Bulud Texnologiyaları və Süni İntellekt Strategiyası üzrə çalışan Rüfət Ağayev oldu. Amerikada həyat, radio-podkast mədəniyyəti, həmçinin Amazon və oradakı iş təcrübəsi, süni zəkanın gələcəyi və insan əməyinə təsiri barədə danışdıq.
Rayon yollarında ən çox edilən SƏHV nədir? | Qaydaları Pozma
Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır?
Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və dinləyicilərimiz...
Qəza Şəraiti Yaradan Sadə Səhvlər - DİN Rəsmisindən Sürücülərə Vacib Xəbərdarlıq! | Qaydaları Pozma
"Qaydaları Pozma" verilişinin növbəti buraxılışında yollarda baş verən qəzaların görünməyən səbəblərindən, sürücü və piyadaların əhəmiyyətsiz hesab etdiyi, lakin böyük təhlükə yaradan xətalarından danışdıq.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Ceyhun Həsənlinin təqdimatında sükan arxasında telefon istifadəsi, dönmə işıqlarından düzgün istifadə edilməməsi, ara məsafəsinin saxlanılmaması və operativ nəqliyyata yol ve
Bakıda Yay Tıxaclarının Səbəbləri: Süni Qadağalar və Ləngiyən Təmirlər | Qaydaları Pozma
Bakıda yay tətilinin olmasına baxmayaraq küçə və prospektlərdə bitmək bilməyən tıxacların və sıxlığın əsas səbəbləri nələrdir? Yol hərəkəti və nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Auto FM-də yayınlanan "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı olaraq gündəmdəki subyektiv problemləri açıq şəkildə ifşaladı.
Verilişdə Gürcüstan yol infrastrukturu ilə Bakı yollarının müqayisəsi aparılır, Əhməd Rəcəbli küçəsindəki ləng təmir işləri, Yasamal, Babək və Heydər Əliyev prosp...
Yollarda Qəzaları Necə Azaltmaq Olar? | Ekspert Aqil Rəhimov
Avto FM-in "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı Qəzaəleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov idi. Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının əsl elmi səbəbləri, sürücülük vəsiqəsi imtahanlarının şəhər daxilində (real yollarda) keçirilməsi təklifi, təhlükəli sürüş tərzi cərimələri, gizli yol polisi təcrübəsi, radar işarələrinin ləğvi və piyadalar üçün MyGov inteqrasiyalı yeni tənbeh mexanizmləri bu verilişdə!
Podcastda cavab tapacağınız əsas...
Bakı-Quba Yolunda Piyada Ölümü: Faciəvi Qəzanın Təfərrüatları | DYP | Qaydaları Pozma
Avto FM-in "Qaydaları pozma" verilişində Bakı-Quba magistral yolunun 53-cü kilometrliyində baş verən və piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi müzakirə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və aparıcı Ceyhun Həsənli magistral yollarda piyadaların qayda pozuntularını, çoxzolaqlı yollardan keçməyin böyük risklərini və sürücülərin yol-nəqliyyat hadisələrindəki məsuliyyətini təhlil edirlər.
Podcastda cavab tapacağınız əsas suallar:
Bakı-Quba magistralında baş verən ölümcül qəzan...
Kredit Tarixçəsi Və Qara Siyahıdan Çıxmağın Yolları | Ekspert İsmail Məmmədov | Qaydaları Pozma
Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gəlir olmadan kredit almaq imkanlarını açıqlayır. Podcastda cavab tapacağınız əsas suallar:
Mərkəzi Kredit Reyestri nədir və kredit tarixçəsi necə formalaşır?"Qara siyahı"dan...
Qəza-Dayanma Nişanı Harada Və Necə Quraşdırılmalıdır? - 30 METR QAYDASI! | Qaydaları Pozma
"Qaydaları Pozma" verilişində texniki nasaz avtomobillərin yollarda yaratdığı süni tıxaclar, yol-nəqliyyat qəzaları zamanı görülməli olan təhlükəsizlik tədbirləri və DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) son statistikası müzakirə olunur. Ceyhun Həsənli və DİN NİİM-in mətbuat katibi Ömər Xıdırrov yolda maşını xarab olan sürücülərin etdiyi böyük səhvləri, qəza-dayanma nişanının düzgün quraşdırılma qaydasını və insan həyatını xilas edəcək vacib tövsiyələri təqdim edirlər. Podcastda cava...
Yol Qaydalarını Yadda Saxlamağın Ən Asan Yolu | Sürücülük Məşqçisi Aqil Rəhimov | Qaydaları Pozma
Yol hərəkəti qaydalarını (YHQ) asan və effektiv şəkildə necə öyrənmək və yadda saxlamaq olar? Qəza əleyhinə sürücülük kurslarının peşəkar təlimçisi Aqil Rəhimov və Rauf Mirqulamov "Qaydaları Pozma" verilişində yol nişanlarını mənimsəməyin sirlərini, visual öyrənmə metodlarını və praktiki sürücülük məsləhətlərini bölüşürlər. Müzakirə olunan mövzular:
Yol qaydaları kitabını dərindən anlamaq və məntiqini tutmaqVisual dərslər və video animasiyalarla qayda öyrənməkDairəvi yol ayrıclarında düzgün zolaq seçi...
Dayanmış Maşının Təkəri Dönük Olarsa Hüquqi Cavabdehlik Nədir? | Qaydaları Pozma
Bakıda və bölgələrdə isti yay günlərində yol-nəqliyyat hadisələri (qəzalar) niyə artır?
Sükan arxasında yuxusuzluq, yorğunluq, diqqətsizlik və mobil telefondan istifadə hansı faciəvi nəticələrə gətirib çıxarır?
"Avto FM" radiostansiyasının "Qaydaları Pozma" verilişində aparıcı Ceyhun Həsənli və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isti havalarda sürücüləri gözləyən gizli riskləri, Tərtər və Biləsuvarda baş verən son ağır qəzaların təhlilini və sürücülərin h...
Sığorta Nəyi Qarşılayır, Nəyi Qarşılamır? | Avto-Sığorta haqqında HƏR ŞEY! | Qaydaları Pozma
Yay mövsümünün əsas riskləri: Güclü küləklər, qasırğalar və qəfil yağan dolunun avtomobillərə vurduğu zərərlər (Bakıdakı məlum may dolusu nümunəsində).
İcbari sığorta yoxsa Kasko sığorta? Dolu maşını əzdikdə hansı sığorta növü ödəniş edir?
Məhəllə daxili risklər: Uşaqların futbol oynayarkən və ya üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində avtomobilə vurduğu zərərlər sığortalanırmı?
Motosiklet qəzaları: Piyadanın günahı ucbatından baş verən motosiklet qəza...
Elektromobil Almağa Hazırıqmı? | BYD Blade Batareyası Nədir? | Qaydaları Pozma
Verilişdə Hansı Mövzulara Toxunulub?
Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir?
Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı?
Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir?
Servis və Ehtiyat Hissələri: Elektromobil alarkən zəmanət və rəsmi servisin önəmi nədir? Reduktor yağı neçə mindən bir dəyişdirilməlidir?
Model Seçimi: Bakı küçələrinə və iqliminə...
Bakı yollarında sürücü-piyada davası: Kim haqlıdır? | Qaydaları Pozma
Sürücü mədəniyyəti və yollardakı hörmətsizlik
Hansı hərəkətləri özümüzə qarşı hörmətsizlik hesab edirik?
Piyadalara yol verməyən sürücülər və kameralar (50 AZN cərimə)
Aqressiv əl-qol hərəkətləri və sürücü psixologiyası
"Piyadalar da mələk deyil!" - Telefonla keçiddən keçənlər
Yerli-yersiz səs siqnalı (siqnal vermək mədəniyyəti)
Yol istəyən sürücüyə yol verməmək inadı
Aparıcı: Ceyhun Həsənli
Qonaq: Qəza əleyhinə kursların məşq
Piyada yoxsa Sürücü Günahkardır? | Qaydaları Pozma
Piyada Məsuliyyətsizliyi: Niyə piyadalar keçidlərdən istifadə etmir və həyatlarını təhlükəyə atırlar?
Son Statistika: Piyada vurma hadisələrində azalma meyli varmı? Rəqəmlər nə deyir?
Bakıdakı Vəziyyət: Hadisələrin niyə böyük hissəsi paytaxtın payına düşür?
Sürücü yoxsa Piyada?
Sürücünün günahı olmadığı halda qəza baş verərsə, məsuliyyətdən qaça bilərmi? Qanunvericilik nə tələb edir?
Hər birimiz həm sürücü, həm də piyadayıq. Unutmayın, yollarda qəzaların qarşısın...
KASKO Sığortası Nədir və Necə Edilir? - Avtomobil Sığortasında Bilməli Olduğunuz Hər Şey | Qaydaları Pozma
Avtomobiliniz üçün KASKO sığortası etdirmək həqiqətən vacibdir, yoxsa bu sadəcə əlavə xərcdir? Bu söhbətimizdə, yol hərəkəti zamanı baş verə biləcək gözlənilməz hadisələr, yol qəzası və təbii fəlakətlər zamanı sürücüləri gözləyən ciddi maddi itkilərdən qorunma yollarını müzakirə edirik. KASKO sığortası olmayan bir sürücü hansı risklərlə üzləşir və sığorta şirkətləri hansı hallarda sığorta ödənişindən imtina edir?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupu...
Qəza İştirakçıları Necə Razılığa Gəlməlidir? - SIĞORTADAN PUL ALMAQ! | Qaydaları Pozma
Yol-nəqliyyat hadisəsi (qəza) zamanı qanuni hüquqlarınızı və görülməli olan ilk vacib işləri bilirsinizmi? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza anında etdiyi ən böyük səhvləri və qanuni öhdəlikləri təhlil edirik.
Xüsusilə maddi zərərlə nəticələnən yol qəzalarında, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən avtomobili nə vaxt yo...
Çin Maşınlarının Qiymətindəki Böyük Dəyişikliklər - Real Bazar Analizi 2026 | Qaydaları Pozma
Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir.
Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV vergisinin rəsmi idxala təsirlərini və "Grey Market" (paralel idxal) vasitəsilə maya dəyərindən aşağı qiymətə satılan avtomobillərin yaratdığı süni qiy...
Qadın Sürücülərin Etdiyi Səhvlər - Sürücü Psixologiyası | Qaydaları Pozma
Sükan arxasında tez-tez əsəbləşirsiniz? Tıxaclar, daldan işıq yandıranlar və qayda pozan sürücülər sizi çilədən çıxarır?
"Qaydaları Pozma" verilişinin növbəti buraxılışını təqdim edirik. Aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Sürücülük Kurslarının peşəkar təlimçisi Aqil Rəhimov sükan arxasında aqressiyanın psixoloji səbəblərini, uşaqlıqdan gələn valideyn səhvlərini və yollarda emosiyaları idarə etməyin 5 qızıl qaydasını müzakirə edirlər.
Baki-Sumqayıt Yolundakı Tıxaclar və Zəncirvari Qəzaların SƏBƏBİ! - DYP-DƏN XƏBƏRDARLIQ! | Qaydaları pozma
"Qaydaları Pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənlinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayevdir.
Mübariz müəllim son illərdə avtomobillərin sayının artmasına baxmayaraq, qabaqlayıcı preventiv tədbirlər sayəsində ölüm və xəsarətlərin azalma tendensiyasını açıqlayır. Lakin arxayınlaşmaq olmaz! Yollarda ən çox ölümə səbəb olan SÜRƏT HƏDDİNİN AŞILMASI, ara məsafəsinin saxlanmaması və piyadaların məsuliyyətsizliyi kimi kritik mövzulara...
Çin Avtomobillərinin Ən Böyük Problemi - Çin Maşını Alarkən Nəyə Diqqət Edək? | Qaydaları pozma
Çin avtomobilləri həqiqətən dözümlüdür, yoxsa qəza anında kağız kimi əzilir? Bu podcastda BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin gizli qalan müsbət və mənfi tərəflərini, Euro NCAP kraş testlərinin şok nəticələrini və real istifadəçi təcrübələrini incələyirik!
İnsanlar arasında yayılan "Çin maşınlarının dəmiri zəifdir", "servisi və ustası yoxdur" kimi miflərə rəsmi ekspert cavabları ilə aydınlıq gətiririk. Həmçinin, hibrid v...
2026 Qəza Riskləri - Təcrübəli Sürücülər Niyə Ağır Qəzalara Düşürlər? | Qaydaları pozma
"Qaydaları pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənli və Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırlov sükan arxasındakı ən böyük təhlükələrdən birini müzakirə edirlər.
Podcastda ilk növbədə bu ilin əvvəlindən bəri qeydə alınan 11 mindən çox qayda pozuntusuna və sükan arxasında mobil telefondan istifadənin qəza statistikasına necə təsir etdiyinə dair mühüm suallara elmi aydınlıq gətirilir. Həmçinin naviqasiyadan istifadə edən taksi sürüc...
Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir? | Qaydaları pozma
Avtomobil sığortası sürücülərin maliyyə təhlükəsizliyini təmin edən ən vacib amillərdən biridir. Bəs qəza zamanı sığorta şirkəti zərəri necə qarşılayır və hansı hüquqlarımız var? "Qaydaları Pozma" verilişinin bu xüsusi buraxılışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə birlikdə avtosığorta sisteminin pərdəarxası məqamlarını və 2026-cı ilin yeni qaydalarını təhlil edirik!
55 Min Manatlıq Limit Nədir? İcbari sığortanın əmlaka və sağlamlığa vurduğu zərərlərin ödənilmə qaydası (Yenilənən l...
Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişinin bu xüsusi buraxılışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə birlikdə avtosığorta sisteminin pərdəarxası məqamlarını və 2026-cı ilin yeni qaydalarını təhlil edirik!
55 Min Manatlıq Limit Nədir? İcbari sığortanın əmlaka və sağlamlığa vurduğu zərərlərin ödənilmə qaydası (Yenilənən limit sirri).
Qəza Yerini Tərk Etmədən Nə Etməli? Tıxac yaratmamaq üçün avtomobili nə vaxt kənara çəkmək olar?
Yeni Sığorta Qaydaları (Malus Sistemi): Avtomobili etibarnamə ilə ve...
2026-cı İl Moped və Skuter Qəzaları | Bakı Küçələrində Kuryer Təhlükəsi! I Qaydaları pozma
Bakı küçələrində həm yay mövsümünün gəlişi, həm də kuryer xidmətlərinin genişlənməsi ilə motosiklet, moped, skuter və velosipedlərin sayısı sürətlə artır. Bəs bu artım yollarda təhlükəsizliyə necə təsir edir? İki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır qəzaların əsl səbəbləri nələrdir?
"Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə paytaxt yollarındakı...
Azərbaycanda ikinci əl avtomobillərə inam niyə artır? I Qaydaları pozma
Bu gün Azərbaycan avtomobil bazarında ən çox verilən suala cavab tapırıq: Çin avtomobilləri ikinci əl bazarında itkidir, yoxsa yox? 🚗
Son illərdə Bakı küçələrində elektrik və hibrid Çin maşınlarının sayı sürətlə artır. Bəs bu avtomobillər salondan çıxdıqdan sonra nə qədər dəyər itirir? 10-12 illik köhnə Avropa maşınındansa, az yürüşlü ikinci əl Çin maşını almaq nə dərəcədə məntiqlidir?
"Qaydaları Pozma" verilişinin bu buraxılışında BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə bi...
Yollarda sürücüləri narahat edən məqamlar - Tıxac və qayda pozuntuları I Qaydaları pozma
Qəza Əleyhinə Kurslarının məşqçisi Aqil Rəhimov ilə birlikdə yollarda sürücüləri narahat edən amilləri – uzun tıxacları, zolaqların dəyişdirilməsindəki xətalarını, ara məsafəsinin saxlanılmamasını və işıqforlarda yaranan gecikmələri təhlil etdik.
Sürücülərin üç əsas kateqoriyası: Kimlər hansı vəziyyətdə səbirsiz olur?
"Mənəvi vampirlər" yollarda digər sürücüləri necə təxribata çəkir?
İşıqforun yaşıl işığı yanan kimi siqnal verənlər və ya telefona baxıb ləngiyənlər yol hərəkətinə necə təsir edir?
Tıxac...
Piyada Təhlükəsizliyi və Moped Qəzalarının Dəhşətli Statistikası | Qaydaları Pozma
Aparıcı Ceyhun Həsənlinin təqdimatında, studiyamızın qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə birlikdə son günlər cəmiyyətdə böyük rezonans doğuran moped qəzası (17 yaşlı Zəhranın faciəvi ölümü), piyada təhlükəsizliyi həftəsi və yollarda baş verən qəzaların əsas səbəblərini təhlil etdik.
Piyadaların iştirakı ilə baş verən qəzaların dəhşətli statistikası (Ölüm faizi niyə bu qədər yüksəkdir?) Moped və motosiklet idarə edən yeniyetmələ...
Sürücülərin Ən Çox Etdiyi Səhv I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə ara məsafəsinin əhəmiyyəti, sürət və hava şəraitinə uyğun təhlükəsiz məsafənin saxlanılması, tıxac zamanı yaxın məsafədən hərəkətin riskləri və qəza ehtimalını azaltmaq üçün sürücülərin əməl etməli olduğu qaydalar barədə danışdıq.
Çin, yoxsa ənənəvi avtomobillər? I Qaydaları pozma
Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinə marağın artmasının səbəbləri, onların ənənəvi markalardan fərqləri, keyfiyyət və təhlükəsizlik göstəriciləri, ikinci əl bazarındakı perspektivləri, ehtiyat hissələri və servis məsələləri, həmçinin sürücüləri maraqlandıran suallar barədə danışdıq.
Məktəblilərin Avtomobil İdarə Etməsi Hansı Riskləri Yaradır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə son zəng tədbirləri ilə bağlı əsas təhlükəsizlik riskləri, yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsinin yaratdığı hüquqi məsuliyyət, valideynlərin öhdəlikləri, DYP-nin gücləndirilmiş rejimdə fəaliyyətinin məqsədi, təhlükəsiz və qaydalara uyğun son zəngin təşkili barədə danışdıq.
Qəfil Yola Çıxan Piyadalar: Sürücülər Necə Davranmalıdırlar?
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəfil yola çıxan piyadalarla qarşılaşdıqda necə davranmalı olduqları, risklərin azaldılması üsulları, yol infrastrukturunun hərəkət təhlükəsizliyinə təsiri və cərimələrin effektivliyi barədə danışdıq.
Elektrikli və Hibrid Avtomobillər Azərbaycanda Uğurlu Oldumu? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Azərbaycanda elektrik və hibrid avtomobil idxalındakı son tendensiyalar, bu artımdakı Çin markalarının rolu, artımın əsas səbəbləri və yerli bazarın bu növ nəqliyyat vasitələrinə uyğunluğu ilə yanaşı, onların ölkəmizdə nə dərəcədə uğurlu olduğu barədə danışdıq.
“Mənim başıma gəlməz” düşüncəsi və yaratdığı qəzalar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin risk qavrayışı, “mənim başıma gəlməz” düşüncəsi, sosial şəbəkələrdəki qəza videolarının maarifləndirici rolu, sürücülük mədəniyyəti və qəzalardan dərs çıxarmağın əhəmiyyəti barədə danışdıq.