Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
"Bədən dili yanlış danışmır" I Şəhər adamı #134

"Şəhər adamı"nda qonağımız olan biznes strategiyası, liderlik və qlobal bədən dili eksperti Anar Heydərov ilə birlikdə bədən dilinin insan münasibətlərindəki rolu, gündəlik həyatda və peşəkar aləmdə bədən dili ilə düzgün mesajlar verə biləcəyimiz bir çox mövzunu müzakirə etdik.
"Hər kəs qolf oynaya bilər" I Şəhər adamı #133

"Şəhər adamı"nda qonağımız olan qolf üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Tural Vəlizadə ilə birlikdə Golfun ölkəmizdəki inkişafı, gənc istedadların hazırlığı, beynəlxalq turnirlərdə təcrübələr və qarşıdakı planlar barədə danışdıq.
Riyaziyyatı uşaqlara necə sevdirmək olar? I Şəhər adamı #132

"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin riyaziyyat müəllimi Nərmin Piriyeva ilə hesablamaları, riyazi istedadın genetikadan asılılığını, süni intellektin riyaziyyata təsirini, metodikaları, SAT ilə kalkulus arasındakı fərqləri, SAT imtahanlarında köçürmənin qarşısının alınması yollarını və uşaqlarda riyaziyyata olan marağın artırılmasını müzakirə etdik.
Qəzanın baş verməməsi üşün nə edirsiniz?

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə qəzalardan qorunmağın yollarından danışdıq.
İş axtararkən müsahibə zamanı nələrə diqqət etməliyik? I Şəhər adamı #131

"Şəhər adamı"nda qonağımız olan insan resursları üzrə ekspert Nərgiz Nəbiyeva ilə müsahibəyə hazırlaşma qaydasından, müsahibədə bədən dilindən istifadə qaydasından, iş axtararkən istifadə edilən mənbələrdən, düzgün cv hazırlamaqdan, müsahibə zamanı ünvanlanan suallara düzgün cavab verməyin üsüllarından danışdıq.
Düzgün yol infrastrukturu necə olmalıdır?

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Eldəniz Cəfərov ilə düzgün yol infrastrukturundan danışdıq.
Nitq qüsurlu uşaqların müalicəsi zamanı istifadə edilən metodlar I Şəhər adamı #130

"Şəhər adamı"nda qonağımız olan defektoloq, loqoped Səbinə Şahlarova ilə nitq qüsurları və onların müalicə metodlarından, texnoloji alətlərin nitqə təsirindən, dil masajından, kəkələmənin yaranma səbəblərindən, qorxunun nitqə təsirindən, motorikadan və hiperaktiv uşaqlarla davranış qaydalarından danışdıq.
Azərbaycanda xidmət sektorunu inkişaf etdirmək üçün nə etmək lazımdır? I Şəhər adamı #129

"Şəhər adamı"nda qonağımız olan "food blogger" Miryusif Mirzəzadə ilə "food blogger"likdən, təamların növlərindən, xarici mətbəxlərdən, ölkəmizin xidmət sektorunun xarici ölkə ilə müqayisəsindən, xidmət sektorundakı boşluqlardan, restorandakı konseptlərdən, həmçinin xidmət sahəsini asanlaşdırmaq üçün təşkil olunacaq layihələrdən bəhs etdik.
Sürücülük təlimi və yol təcrübəsi

"Qaydaları pozma" verilişində qonağımız olan Beynəlxalq dərəcəli təlimçi Adil Nəbiyev ilə sürücülük təlimi haqqında danışdıq.
Uğurlu alpinist olmaq üçün nələri bilmək vacibdir? I Şəhər adamı #128

"Şəhər adamı"nda qonağımız olan alpinizm üzrə idman ustası, beynəlxalq dərəcəli hakim İsrafil Aşurlı ilə alpinizmdən, alpinist psixologiyasından, zirvələrdən, hündür zirvələrdə baş verən çətinliklərdən, dağlara dırmanarkən rast gəlinən təhlükələrdən və istifadə edilən avadanlıqlardan danışdıq.
.
Ev heyvanına sahiblənərkən nələrə diqqət etməliyik? I Şəhər adamı #127

"Şəhər adamı"nda qonağımız olan veterinar Fərman Həsənzadə ilə ev heyvanları, onların peyvəndlənmələrindən, sağlamlıqlarının qorunmasından, ev heyvanına sahiblənərkən diqqət etməli olduğumuz məqamlardan, qidalandırma ilə bağlı yanlışlardan, ev şəraitində edilən qulluqdan, qısırlaşdırmadan və quduzluqdan danışdıq.
Şəxsi inkişaf nədən başlayır? I Şəhər adamı #126

"Şəhər adamı"nda qonağımız olan şəxsi inkişaf üzrə beynəlxalq təlimçi, "kouç" Gülgün Quliyeva ilə şəxsi inkişafdan, keçmiş və indiki nəslin düşüncələrinin müqayisəsindən, seçim çoxluğunun müasir nəsildə yaratdığı passivlikdən, valideynlərin övladlarının inkişafındakı rollarından və qadın-kişi münasibətlərindən bəhs etdik.
Tatu ilə qalıcı "make up"ın fərqləri I Şəhər adamı #125

"Şəhər adamı"nda qonağımız olan qalıcı "make up" ustası Zərifə Sultanlı ilə tatudan, permanentdən, tatu etdirərkən bilməli olduğumuz vacib məqamlardan, rəssamlıqdan, həmçinin motosiklet sürərkən diqqət etməli olduğumuz faktorlardan, sürət həddindən və yeni başlayanların bilməli olduğu vacib məqamlardan bəhs etdik.
Dil öyrənərkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #124

"Şəhər adamı"nda qonağımız olan Dünya Poliqlotlar Cəmiyyətinin yeganə azərbaycanlı üzvü, poliqlot Aslan Məmmədzadə ilə dil öyrənərkən diqqət etməli olduğumuz məqamlardan, dil biliklərinin inkişaf yollarından, Poliqlotlar Cəmiyyətindən, dil öyrənmək üçün lazımlı proqramlardan və dil öyrənərkən doğru bildiyimiz yanlışlardan danışdıq.
Piyada vurulma hadisələri

"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə piyada vurulma hadisələrindən, bunun səbəblərindən və qorunma yollarından bəhs etdik.
Pul yığmaqda “Dama-Dama"nın köməyi nədir? I Şəhər adamı #123

"Şəhər adamı"nda qonağımız olan ABB-də baş məhsul sahibi Firuz Manafov və müştəri təcrübələri üzrə ekspert Nihad Salmanlı ilə pul yığmaqda “Dama-Dama"nın köməyindən, “Dama-Dama"nın işləmə prinsipindən, “Dama-Dama" üçün nəzərdə tutulan yeniliklərdən bəhs etdik.
Yay mövsümü və avtomobil sığortası

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə yay mövsümü və avtomobil sığortasının önəmindən bəhs etdik.
Piyada təhlükəsizliyi necə tənzimlənməlidir?

"Qaydaları pozma" verilişində qonağımız olan Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə piyada təhlükəsizliyindən danışdıq.
Xanımlar hansı biznes sahələrində daha uğurlu olurlar? I Şəhər adamı #122

"Şəhər adamı"nda qonağımız olan "Bloom Group" marketinq agentliyin təsisçisi Səbinə Pərvizi ilə sahibkarlıqdan, sosial şəbəkələrdəki marketinq trendindən, özünüinkişafdan, marketinq təlimlərindən və süni intellektin marketinqə təsirindən danışdıq.
Ev almaq, yoxsa kirayə yaşamaq? I Şəhər adamı #121

"Şəhər adamı"nda qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə daşınmaz əmlakdan, evlərin qiymət artımına təsir edən faktorlardan, süni qiymət artımlarından, əlimyandı mənzillərdən və daşınmaz əmlak bazarının gələcəyindən danışdıq.
Dalğıclığa yeni başlayanlara hansı bacarıqlar öyrədilir? I Şəhər adamı #120

"Şəhər adamı"nda qonağımız olan "Baku Divers" milli dalğıc klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı, dalğıc Elsevər Əliyev ilə dalğıclığın sirrlərindən, riskli tərəflərindən, bu sənətdə yayılan miflərdən və dənizdə boğulma təhlükələrindən bəhs etdik.
Moped və motosikletlərin təhlükəsizlik qaydaları

"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə moped və motosikletlərin təhlükəsizlik qaydalarından danışdıq.
Yollarda təlim maşınlarına güzəşt

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda təlim maşınlarına olunan güzəştlərdən danışdıq.
"ABB Mobile"da sənədlərin rəqəmsal imzalanması müştəri üçün hansı üstünlükləri yaradır? I Şəhər adamı #119

"Şəhər adamı"nda qonağımız olan "ABB Mobile"da təhlükəsizlik və qeydiyyat üzrə baş məhsul sahibi olan Səyyarə Axundova ilə bank xidmətlərindən, müştəri əməliyyatlarının təhlükəsizliyindən, müştərilər üçün yeni rəqəmsal imkanlardan, onlayn etibarnamə və elektron imza funksiyalarından, həmçinin banka edilən investisiyadan danışdıq.
Qəzalar ən çox hansı səbəblərdən baş verir?

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə qəzaların baş vermə səbəblərindən danışdıq.
Sığorta müqaviləsini oxumasaq nə baş verər?

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığorta müqaviləsi haqqında danışdıq.
Dişimizi fırçalayarkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #118

"Şəhər adamı"nda qonağımız olan stomatoloq Mahnur Həsənzadə ilə diş əti xəstəliklərindən, dişlərin fırçalanma qaydasından, ağız baxımı zamanı edilən yanlışlardan, stomatologiya ilə bağlı tendensiyalardan və faydalı diş məcunlarından bəhs etdik.
Musiqidə bəstə necə yaranır? | Şəhər adamı #117

"Şəhər adamı"nda qonağımız olan pianoçu, bəstəkar və musiqi prodüseri Emil Əfrasiyab ilə musiqi və bəstəkarlıq fəaliyyətindən, Amerika və Azərbaycanda aldığı musiqi təhsillərindən, III MDB Oyunlarından, klassik və caz musiqilərindən bəhs etdik.
Sükan arxasında düzgün geyim seçimi

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı ilə sükan arxasında düzgün geyim seçimindən danışdıq.
Təhsildə rəqəmsallaşma özünü necə göstərir? | Şəhər adamı #116

"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin rəhbəri Rüstəm Piriyev ilə təhsildə rəqəmsallaşmadan, beynəlxalq proqramlardan, valideynlərin xaricdə təhsilə yanaşma prinsiplərindən və xaricdə təhsil alan tələbələrə qarşı edilən dələduzluqlardan bəhs etdik.
Sizi qəzalardan qoruyacaq 15 məsləhət

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sizi qəzalardan qoruyacaq 15 məsləhət haqqında danışdıq.
Yollarda etik davranışlar

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik -Leytenant Mübariz Ağayev ilə yollarda etik davranışlardan danışdıq.
Sığorta etməsək nə olar?

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın vacibliyindən danışdıq.
Brendin düzgün pozisiyalanması nədir? I Şəhər adamı #115

"Şəhər adamı"nda qonağımız olan ABB-nin Brendin idarəedilməsi şöbəsinin rəhbəri Könül Hilal ilə brend pozisiyalandırılmasından, ABB-nin imtiyazları və perspektivlərindən ,bu sahədəki rəqiblərdən və brendin sosial şəbəkədə yerləşdirilməsindən danışdıq.
Yollarda qəza keçirməmək üçün nə edirsiniz?

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda qəza keçirməmək üçün görülməli olan tədbirlərdən danışdıq.
Yolda kimə güzəştə getmək istəmirsiniz?

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda güzəşt etməli olduğumuz məqamlardan danışdıq.
DJ sənətinə gec başlayanların uğur qazanması mümkündür? I Şəhər adamı #114

"Şəhər adamı"nda qonağımız olan "Djacademy.az" təsisçisi, Dj AX ilə açıq səma konsertlərindən, səhnə arxası hadisələrdən, "scratching"dən, musiqidən və dj sənətinin incəliklərindən bəhs etdik.
İnsanlar fotoqraf seçərkən nəyə diqqət edirlər? I Şəhər adamı #113

"Şəhər adamı"nda qonağımız olan "Hamid Hamidli Group"un təsisçisi Həmid Həmidli ilə toylardan, ölkəxaricindəki çəkilişlərindən, çəkiliş trendlərindən və şəkil çəkərkən diqqət etməli olduğumuz məqamlardan danışdıq.
Rəqəmsal bankçılıq platformaları niyə təhlükəsiz hesab edilir? I Şəhər adamı #112

"Şəhər adamı"nda qonağımız olan ABB-nin Marketinq departamentinin direktor müavini Yadigar Cəfərli ilə ABB-nin “Euromoney” tərəfindən “İlin ən yaxşı rəqəmsal bankı” seçilməsindən, şübhəli linklərdən və dələduzlardan qorunmağın yollarından, ABB-nin qazandığı mükafatlardan bəhs etdik.
Xaricdən gələn avtomobillər üçün sığortanın vacibliyi

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Asossasiyasının ekpert qrupunun üzvü Emin Allahverdiyev ilə xaricdən gətirilən avtomobillər və onların sığortası haqqında danışdıq.