Valideyn Bələdçisi
💡 Layihə haqqında: “Valideyn Bələdçisi” — SİMART tərəfindən hazırlanan maarifləndirici podkast layihəsidir. Layihənin məqsədi valideynləri uşağın emosional, sosial və intellektual inkişafı barədə məlumatlandırmaq, ailə dəyərlərini gücləndirmək və düşünən nəsil formalaşdırmaqdır. 📲 “SİMART” haqqında: SİMART — uşaqlar, valideynlər və gənclər üçün yaradıcı, maarifləndirici və texnoloji kontent istehsal edən bir platformadır. Burada animasiyalar, podkastlar, 3D kontentlər və sosial mövzulu proqramlar hazırlanır. Məqsədimiz — təhsilə, düşünməyə və dəyərlərə əsaslanan gələcək nəsil...
“Uşaqlarda intelluktual inkişaf və öyrənmə həvəsi” | Rövşən Abdullaoğlu | Valideyn Bələdçisi #5
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın intellektual inkişafı, düşünmə tərzi, özünə inamı və yaradıcılıq qabiliyyətinin formalaşması haqqında danışdı.
Qonağımız — Rövşən Abdullaoğlu, yazıçı, filosof, psixoloq və təlimçidir. O, PEN America yazıçılar birliyinin üzvü, “Qədim Qala” nəşriyyatının elmi heyətinin rəhbəridir. Müəllifin 30-dan çox kitabı işıq üzü görüb, bir çoxu bestseller olub və bir neçə dilə tərcümə edilib.
Rövşən müəllimin əsərlərində insanın daxili aləmi, psixologiya, fəlsəfə və həyat...
Təhsildə ilk addımlar: Valideynlər nələrə diqqət etməli? | Günel Əkbər | Valideyn Bələdçisi #4
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın təhsilə başladığı ilk mərhələdə valideynin rolu və düzgün yanaşmalar haqqında danışır.
Qonağımız: Günel Əkbər, 7 illik pedaqoji təcrübəyə malik ibtidai sinif müəlliməsidir. Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb, magistratura pilləsini isə Türkiyənin Ondokuz May Universitetində Təhsilin monitorinqi və qiymətləndirilməsi ixtisası üzrə bitirib. Beynəlxalq konfranslarda spiker kimi iştirak edib, debat təlimçisidir və məktəblərdə yaradılan KOD kitab klublarının təsisçisidir.
💡 Layih...
"Övladımı sağlam görmək istəyirəm" | Səbinə Nurəliyeva | Valideyn Bələdçisi #3
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın sağlam böyüməsi, fiziki və psixoloji inkişafı barədə danışır.
Qonağımız - pediatr, nevroloq Dr.Səbinə Nurəliyeva 1999–2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almış, internaturanı Uşaq Nevrologiyası Xəstəxanasında keçərək uşaq nevrologiyası ixtisasına yiyələnmişdir. Daha sonra doktorantura təhsilini Elmi Tədqiqat Pediatriya İnstitutunda davam etdirmişdir. Avstriya, Çin və digər ölkələrdə davamlı tibbi təhsil almış, beynəlxalq konfranslarda iştirak etmiş, məqalələri yerli və...
Sevgi olmadan övlad tərbiyəsi mümkündürmü?| Yasəmən Səmədova | Valideyn Bələdçisi #2
🎙️ Bu dəfə #ValideynBələdçisi sevgi olmadan övlad tərbiyəsinin mümkün olub-olmaması, sevginin uşağın şəxsiyyətinin formalaşmasındakı həlledici rolu və sevgisiz tərbiyənin yaratdığı psixoloji fəsadlar barədə danışır.
Qonağımız — Dr. Yasəmən Səmədova – 2015-ci ildən psixiatr və psixoterapevt kimi fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin məzunudur və ATU-nun Psixiatriya kafedrasında rezidentura təhsili alıb. Əlavə olaraq, Türkiyə, Gürcüstan və Amerikada psixiatriya sahəsi üzrə bir sıra beynəlxalq təlim və kurslarda iştirak edib. O, həmçinin Azərba...
Övladımı ekranın zərərlərindən necə qoruyum? | Ceyran Əhmədova | Valideyn Bələdçisi #1
🎙️ Bu dəfə #ValideynBələdçisi rəqəmsal cihazların uşağın davranışına və psixologiyasına təsiri, valideynin doğru yanaşması və sağlam sərhədlərin qurulması haqqında danışır.
Qonağımız — Ceyran Əhmədova uşaq və yeniyetmə psixiatrı. Azərbaycan Tibb Universitetində təhsil almış, ETPI (OMD) üzrə rezidenturanı və Çukurova Universitetində ixtisaslaşmanı tamamlamışdır. Uzun illərdir klinik praktikada çalışır, yerli və beynəlxalq konfranslarda çıxış edir və psixi sağlamlıq mövzusunda maarifləndirici fəaliyyət göstərir.
💡 Layihə haqqında:
“Valideyn Bələdçisi” — SİMART tərəfindən hazırla...