Sözdələn

39 Episodes
Subscribe

By: Sözdələn

🎙️ Sözdən səs gəlir...💚 Layihənin məqsədi Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olmasına töhfə verməkdir.📚 Kitab, məqalə, məktub, qəzet və jurnal kimi mənbələrdən tapdığım sözləri sənə Azərbaycan dilində danışıram.

Yuxuda öyrənmək olarmı? | Keyt Sukel | Sözdələn
#39
Today at 1:00 AM

Ağlıma belə bir sual gəlir: Yuxuda öyrənmək olarmı?

"Sözdələn"də bu sualın cavabını verən bir məqaləni sənə danışıram. Keyt Sukel tərəfindən yazılmış bu məqalə 2019-cu ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Keyt Sukel neyroelmlə bağlı populyar elmi kitabların müəllifi, jurnalist və yazıçıdır. O, beynin qərarvermə, risk götürmə və sevgi kimi mövzularını sadə və anlaşıqlı dildə izah edir. Yazıları "The Atlantic" (Di Atlantik), "New Scientist" (Nyu Sayentist) və "Scientific American Mind" (Sayen...


Beynin neçə yaddaş növü var? | Deborah Halber | Sözdələn
#38
10/19/2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışı beyin və yaddaş haqqındadır. İndi sənə danışacağım elmi məqalə Boston şəhərində yaşayan yazıçı, elm mövzularında yazan müəllif və jurnalist Deborah Halber tərəfindən 2018-ci ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Deborah Halber həmçinin müxtəlif universitet nəşrlərində dərc olunan bir çox məqalələrin müəllifidir.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://y...


Göbələk və yosun | Fərid Ələkbərli | Sözdələn
#37
10/12/2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışının mövzusu daha çox uşaqlar üçündür, amma böyüklər də dinləyə bilər.

"Göbələk və yosun" elmi nağılında bu iki bitkinin təbiətdə rolu ilə yanaşı "xlorofil" və "şibyə" kimi terminlərin mənası sadə şəkildə izah edilib. Elmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələkbərlidir. "Göbələk və yosun" elmi nağılı 2001-ci ildə "Azərbaycan İnternəşnl" jurnalında dərc edilib. Elmi nağılın mətni Arzu Ağayev...


Məzhəkə | Üzeyir Hacıbəyov | Sözdələn
#36
10/04/2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Məzhəkə" satirik hekayəsini sənə danışıram. Hekayədə bir kəndlinin başına gələn əhvalatlardan danışılır. Hekayə Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasında yerləşdirilib.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən" düyməsinə basmağı, fikrini "Şərhlər" bölməsində bildirməyi unutma 😊

💚 "Sözdələn"ə də...


Parapetdən Şamaxı yoluna qədər | Cəfər Cabbarlı | Sözdələn
#35
09/27/2025

"Sözdələn"də Cəfər Cabbarlının "Parapetdən Şamaxı yoluna qədər" satirik hekayəsini sənə danışıram. Burada Parapet indiki Fəvvarələr bağı, Şamaxı yolu isə indiki Cəfər Cabbarlı küçəsidir.

Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Xızıda dünyaya gəlib və 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından 35 yaşında vəfat etmişdir. O, şair, yazıçı, ssenarist və dramaturq kimi fəaliyyət göstərmişdir. Onun "Parapetdən Şamaxı yoluna qədər" satirik hekayəsi "Azərbaycan" qəzetinin 1918-ci il tarixli 26 nоyabr nömrəsində "Cim" imza...


Ramazanda ibadət | Üzeyir Hacıbəyov | Sözdələn
#34
09/20/2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Ramazanda ibadət" satirik hekayəsini sənə danışıram. Hekayədə papiros çəkən bir nəfərin Ramazanda gündəlik həyat tərzi təsvir edilib. Hekayənin mətni Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından əldə edilib.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən" dü...


Heykəl uçulanda | Mir Cəlal Paşayev | Sözdələn
#33
09/13/2025

"Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!" - Mirzə Ələkbər Sabir

"Sözdələn"də Mir Cəlal Paşayevin "Heykəl uçulanda" hekayəsini sənə danışıram. Hekayədə öz vəzifəsindən, var-dövlətindən sui-istifadə edənlərdən bəhs olunur. Hekayənin yazıldığı "Mir Cəlal. Seçilmiş əsərləri" kitabı "Azərnəşr" nəşrləri əsasında 2005-ci ildə "Şərq-Qərb" nəşriyyatında təkrar nəşr edilib. Hekayənin mətni Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasınd...


Ay İsmayıl, başa sal! | Mir Cəlal Paşayev | Sözdələn
#32
09/08/2025

"Sözdələn" hekayələrlə davam edir.

Budəfəki buraxılışda Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edirəm.

Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərində doğulmuş, 28 sentyabr 1978-ci ildə Bakıda vəfat etmişdir. O, yazıçı, şair, ədəbi tənqidçi kimi müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Mir Cəlal yazdığı "Ay İsmayıl, başa sal" hekayəsində rüşvəti tənqid edir. Hekayənin yazıldığı "Mir Cəlal. Seçilmiş əsərləri" kitabı "Azə...


Yevlax-Şuşa yolu | Üzeyir Hacıbəyov | Sözdələn
#31
09/01/2025

Daha çox Azərbaycan Respublikasının Dövlət Himninin, tarixdə iz qoymuş bir çox musiqinin bəstəkarı kimi tanınan Üzeyir Hacıbəyov həmçinin satirik hekayələrin, məqalələrin müəllifidir. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub, 23 noyabr 1948-ci ildə Bakıda vəfat etmişdir. 

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Yevlax-Şuşa yolu" satirik hekayəsini sənə danışıram. Hekayədə hələ də dövrümüzdə aktual olan bəsit nəqliyyat problemləri, yolda baş verən gündəlik sürücü-sərnişin söhbətləri təsvir edili...


Fəqir | Qulamhüseyn Səidi | Sözdələn
#30
08/25/2025

1936-1985-ci illərdə yaşayıb-yaratmış Qulamhüseyn Səidi Güney Azərbaycanın Təbriz şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Təbriz Universitetinin tibb fakültəsini bitirmiş, həkim-psixoloq ixtisasına yiyələnmişdir. 1964-cü ildən İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmış, işi ilə bağlı olaraq Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib dolaşmaq imkanı əldə etmişdir. Bu dövrdə onun redaktorluğu ilə "Əlifba" jurnalı dərc olunmuşdur. 1965-ci ildə siyasi baxışlarına görə həbs edilmiş, ağır işgəncələrə məruz q...


Adət | Səməd Behrəngi | Sözdələn
#29
08/18/2025

"Sözdələn" Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin yaradıcılığına müraciət edir. Bu buraxılışda Səməd Behrənginin ilk əsərlərindən biri olan "Adət" hekayəsini sənə danışıram.

Hekayənin mətni Vaqif Sultanlı və İrəc İsmayılın redaktoru olduğu "Güney Azərbaycan nəsri: Başlanğıcdan bu günə qədər (Antologiya)" kitabından əldə edilib. Kitab 2017-ci ildə "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilib.

<...


Hüseyn Cavid xatirələri | Turan Cavid | Sözdələn
#28
08/11/2025

"Sözdələn"də Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin xatirələri haqqında sənə danışıram.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir. O, 1882-ci il 24 oktyabrda Naxçıvanda anadan olub. Cavid 1937-ci il Stalin repressiyası ərzində sürgün edilmiş və 1941-ci ilin 5 dekabrında sürgündə SSRİ-nin İrkutsk vilayətində vəfat etmişdir. İndi onun məzarı Naxçıvandadır.

Turan Cavidin atası Hüseyn Cavid haqqında olan xatirələrindən b...


Azərbaycan Əlifbası | Mirzə Fətəli Axundov | Sözdələn
#27
08/04/2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışı Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundovun Azərbaycan əlifbası islahatına həsr edilir.

Əlyazmalar İnstitutunun arxivləri içərisində Mirzə Fətəli Axundova həsr olunmuş xüsusi bir bölmə var. Bura onun həm nəşr olunmuş, həm də nəşr olunmamış əlyazmaları daxildir. Axundovun əsasən teatr və dram sahəsində özül qoyduğuna görə xatırlanmasına baxmayaraq, onun əlifba islahatına da yardımı çox böyük olub.

Mirzə Fətəlinin əlifba islahatı haqqında yazılmış...


Necə edək ki, həşəratlar bizi həşəratlaşdırmasınlar? | Mana Neyestani | Sözdələn
#26
07/28/2025

12 may 2006-cı il, "İran" qəzetinin uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan cümə günü əlavəsində yer alan komiks ölkədə "karikatura qalmaqalı"na və azərbaycanlıların kütləvi etirazlarına səbəb oldu. Karikatura haqqında yazılmış məqalənin mətni tarixçi və ictimai-siyasi xadim Yadigar Sadıqlının "Tarixçi" adlı "telegram" kanalından (https://t.me/yadigarsadigli) əldə edilib. "Sözdələn"də həmin karikaturadan bəhs edən məqaləni sənə danışıram.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olm...


Edam məktubu | Reyhanə Cabbari | Sözdələn
#25
07/21/2025

İranlı bir qızın edamdan öncə anasına yazdığı məktubu

Reyhanə Cabbari 2009-cu ildə İranda ona təcavüz etməyə çalışan birini öldürdüyü üçün cinayətdə ittiham olunur. O, 2014-cü ildə Tehranda Evin həbsxanasında edam edilir. "Sözdələn"də Reyhanənin edamdan öncə anası Şöləyə yazdığı həmin təsirli məktubu sənə danışıram.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə...


Sevgi məktubu | Əli bəy Hüseynzadə | Sözdələn
#24
07/14/2025

"Sözdələn" Əli bəy Hüseynzadənin sevgi məktubu ilə davam edir. Əli bəy Hüseynzadə daha çox Azərbaycan Cümhuriyyəti dövründəki türkləşmək, islamlaşmaq və avropalaşmaq kimi ideoloji fikirləri ilə yadda qalıb. Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadə 1864-cü il 7 mart tarixində Bakı quberniyasının Şamaxı qəzasında Salyanda doğulub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. 17 mart, 1940-cı ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. İndi Əli bəyin kimə yazdığı bilin...


Məktublar | Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi | Sözdələn
#23
07/07/2025

Bir tərəfdə Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundov, digər tərəfdə isə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi.

"Sözdələn" layihəsi bu iki dahi şəxsin bir-birilərinə yazdığı iki məktubla yeni buraxılışını təqdim edir.

Hər zaman xalqın təhsil almasına, maariflənməsinə çalışan Mirzə Fətəli və Həsən bəy bu məktublarında da həmin mövzu barədə müzakirə aparır.

Vaxtı ilə "Əkinçi" qəze...


Müşfiqli günlərim | Dilbər Axundzadə | Sözdələn
#22
06/30/2025

"Sözdələn"də Dilbər Axundzadənin həyat yoldaşı Mikayıl Müşfiqlə olan xatirələrindən bəzi hissələri sənə danışıram. Dilbər xanım xatirələrində Müşfiqlə tanışlığından, aralarındakı məhəbbətin necə yaranmağından söhbət edir. Onun xatirələrində həmçinin sevgidolu günlərlə yanaşı ağrılı günlərdən də bəhs edilir. Xatirələrin toplandığı "Müşfiqli günlərim" kitabı 2005-ci ildə "Gənclik" nəşriyyatında dərc olunub. Kitabın redaktoru Mustafa Çəmənlidir. Kitabda istifadə edilən Mikayıl Müşfiq və Dilbər A...


Generalın uşaqlığı | Həzi Aslanov | Sözdələn
#21
06/26/2025

"Sözdələn"də Əli Səmədlinin "Generalın uşaqlığı" bioqrafik romanından bir neçə hissəni sənə danışıram. Roman iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun uşaqlıq illərini əhatə edir. Həzi Əhəd oğlu Aslanov 1910-cu ilin 22 yanvar tarixində Lənkəranda doğulub, 25 yanvar, 1945-ci ildə Latviyada həlak olmuşdur. Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə pa...


Balaca qara balığın taleyi | Səməd Behrəngi | Sözdələn
#20
06/17/2025

"Sözdələn"in budəfəki mövzusu Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngidir. Daha çox "Balaca qara balıq" əsəri ilə tanınan Səməd Behrəngi uşaqlar üçün yazdığı əsərləri sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün İran şah rejimi tərəfindən qadağalara məruz qalmışdır. Səməd Behrəngi haqqında xatirələri özündə əks etdirən mətn 16 iyul, 2020-ci ildə "Kredo" qəzetində dərc edilib.

İndi sənə...


Azərbaycanın ilk qadın müəllimləri | Hacı Zeynalabdin Tağıyev | Sözdələn
#19
06/10/2025

"Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var: Məktəb. Bu məktəbi isə elə yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər."

(Hacı Zeynalabdin Tağıyevin Məhəmmədağa Şahtaxtlıya 4 may 1896-cı il tarixli məktubundan)

Bu sözlər Dilqəm Əhmədin "Fərqlilər" kitabındandır.

"Sözdələn" layihəsində yenidən bu kitaba müraciət edirəm. Bu dəfə kitabda Azərbayc...


Həsən bəy Zərdabi haqqında | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn
#18
06/03/2025

Azərbaycan mətbuatının banisi - Həsən bəy Zərdabi

"Saray əhlinə deyil, xalqa xitab edirdi"

Bu cümləni Məhəmməd Əmin Rəsulzadə Həsən bəy Zərdabi və "Əkinçi" qəzeti haqqında yazdığı məqalələrində qeyd edib. "Sözdələn"in bu buraxılışında Rəsulzadənin Həsən bəy Zərdabi haqqında həmin yazdıqlarını sənə danışıram. Buraxılışın mətni "ÇAPAR" dərgisindən əldə edilib.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha...


Edmund Xaraşkeviçə məktub | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn
#17
05/26/2025

"Sözdələn"də Azərbaycan Cümhuriyyətinin qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında sənə danışıram. Rəsulzadə bu məktubunu Polşa ordusunun zabiti Edmund Xaraşkeviçə yazmışdır. Məktub və yazılma səbəblərini izah edən mətn "ÇAPAR" dərgisində dərc olunub.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyən...


Cümhuriyyət necə tanıdıldı | Əlimərdan bəy Topçubaşov | Sözdələn
#16
05/19/2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışında Azərbaycan Xalq Cümhuriyyətinin necə tanıdılması haqqında sənə danışıram. Cümhuriyyətin tanıdılmasında Əlimərdan bəy Topçubaşov və adı çəkiləcək digər yoldaşlarının əvəzsiz xidməti olub. Buraxılışın yazılı mətni müəllifi Dilqəm Əhməd olan "Fərqlilər" kitabından götürülüb. Kitab 2018-ci ildə "TEAS Press Nəşriyyat evi"ndə nəşr olunub. Kitabda Azərbaycan Cümhuriyyətinin liderləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, siyasət...


Cümhuriyyətin Baş naziri | Fətəli xan Xoyski | Sözdələn
#15
05/12/2025

"Sözdələn" Azərbaycan Xalq Cümhuriyyəti ilə davam edir. Bu buraxılışda Cümhuriyyətin qurucularından biri olmuş Fətəli xan Xoyski haqqında sənə danışıram. Yazılı mətnin mənbəsi 2019-cu ilin may ayında nəşr edilmiş "ÇAPAR" dərgisinin 5-ci nömrəsinə aid olan "Fətəli xan Xoyski" jurnalıdır. Jurnalın təsisçi və naşiri Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməd, redaktoru isə Vəfa Babasoydur. Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə fayda...


Nəsib bəy Yusifbəyliyə məktub | Yusif bəy Yusifbəyli | Sözdələn
#14
05/05/2025

Bu dəfə "Sözdələn"də atası Yusif bəy Yusifbəylinin Nəsib bəy Yusifbəyliyə yazdığı məktubu sənə danışıram. Məktub Azərbaycan Xalq Cümhuriyyəti Əks-inqilabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlının “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabından götürülüb. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif illərdə baş nazir, Daxili İşlər naziri və Nazirlər Şurasının sədri kimi bir neçə yüksək vəzifələrdə çalışmışdır. Nəsib bəy 5 iyul 1881-ci i...


Uşaq | Üzeyir Hacıbəyov | Sözdələn
#13
04/28/2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Uşaq" məqaləsini sənə danışıram.
Məqalə 1911-ci il 27 iyul tarixində "Molla Nəsrəddin" jurnalının 27-ci nömrəsində dərc olunmuşdur. 2010-cu il 14 avqust tarixində isə "525-ci qəzet"in 20-21-ci nömrəsində dərc olunub. Məqaləni ərsəyə gətirən Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə...


Hamam | Üzeyir Hacıbəyov | Sözdələn
#12
04/21/2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Hamam" məqaləsini sənə danışıram. Məqalə 1911-ci il 4 avqust tarixində "Molla Nəsrəddin" jurnalının 28-ci nömrəsində dərc olunmuşdur. 2010-cu il 14 avqust tarixində isə "525-ci qəzet"in 20-21-ci nömrəsində dərc olunub. Məqaləni ərsəyə gətirən Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı...


İt oyunu | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
#11
04/14/2025

"Sözdələn"də Əbdürrəhim bəy Haqverdiyevin "İt oyunu" hekayəsini sənə danışıram. Hekayənin yazılı mətni 2005-ci ildə "Lider Nəşriyyat" tərəfindən nəşr olunmuş "Əbdürrəhim bəy Haqverdiyevin seçilmiş əsərləri II cild" kitabındandır. Kitabın tərtib edəni Kamran Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb-saytından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.co...


Bomba | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
#10
04/07/2025

"Sözdələn"də Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" hekayəsini sənə danışıram. Hekayənin yazılı mətni 2005-ci ildə "Lider Nəşriyyat" tərəfindən nəşr olunmuş "Əbdürrəhim bəy Haqverdiyevin seçilmiş əsərləri II cild" kitabındandır. Kitabın tərtib edəni Kamran Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb-saytından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com...


Zəng | Cəlil Məmmədquluzadə | Sözdələn
#9
03/31/2025

"Sözdələn"də Cəlil Məmmədquluzadənin "Zəng" məqaləsini sənə danışıram. Məqalə 1909-cu ilin 4 yanvar tarixində "Molla Nəsrəddin" jurnalının 1-ci nömrəsində dərc olunmuşdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən" düy...


Köhnə il | Cəlil Məmmədquluzadə | Sözdələn
#8
03/24/2025

"Sözdələn"də Cəlil Məmmədquluzadənin "Köhnə il" məqaləsini sənə danışıram. Məqalə 1908-ci ilin 28 dekabr tarixində "Molla Nəsrəddin" jurnalının 52-ci nömrəsində dərc olunmuşdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə, "Bəy...


Zırrama | Cəlil Məmmədquluzadə | Sözdələn
#7
03/17/2025

"Sözdələn"də Cəlil Məmmədquluzadənin "Zırrama" hekayəsini sənə danışıram. Hekayənin yazılı mətni 2004-cü ildə "Öndər Nəşriyyat" tərəfindən nəşr olunmuş "Cəlil Məmmədquluzadənin əsərləri I cild" kitabındandır. Kitabın tərtib edəni və izahların müəllifi İsa Həbibbəyli, redaktoru Vaqif Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb-saytından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildiri...


Qırmızı | Cəlil Məmmədquluzadə | Sözdələn
#6
03/10/2025

"Sözdələn" layihəsində Cəlil Məmmədquluzadənin "Qırmızı" adlı məqaləsini sənə danışıram. Məqalə 1908-ci ilin 20 yanvar tarixində "Molla Nəsrəddin" jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyənd...


Təzə xəbər | Cəlil Məmmədquluzadə | Sözdələn
#5
03/04/2025

"Sözdələn" layihəsində Cəlil Məmmədquluzadənin "Təzə xəbər" hekayəsini sənə danışıram. Hekayə 1908-ci ilin 30 iyun tarixində "Molla Nəsrəddin" jurnalının 26-cı nömrəsində dərc olunmuşdur. Hekayənin yazılı mətni 2004-cü ildə "Öndər Nəşriyyat" tərəfindən nəşr olunmuş "Cəlil Məmmədquluzadənin əsərləri I cild" kitabındandır. Kitabın tərtib edəni və izahların müəllifi İsa Həbibbəyli, redaktoru Vaqif Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb-saytından götürülüb.

🔔 Azərbaycan dilini...


Pirverdinin xoruzu | Cəlil Məmmədquluzadə | Sözdələn
#4
02/22/2025

"Sözdələn" layihəsində Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" hekayəsini sənə danışıram. Hekayə 1906-cı il 9 iyun tarixində "Molla Nəsrəddin" jurnalının 10-cu nömrəsində dərc olunmuşdur. 1987-ci ildə bu hekayə əsasında rejissoru Ramiz Əzizbəyli və ssenari müəllifi Eldəniz Quliyev olan qısametrajlı bədii film çəkilmişdir. Hekayənin yazılı mətni 2004-cü ildə "Öndər Nəşriyyat" tərəfindən nəşr olunmuş "Cəlil Məmmədquluzadənin əsərləri I cild" kitabındandır. Kitabın tərtib edəni və izahların müəllifi İsa Həbibbəyli, redaktoru Vaqif...


"X" hərfi | Cəlil Məmmədquluzadə | Sözdələn
#3
02/15/2025

"Sözdələn" layihəsində Cəlil Məmmədquluzadənin "X hərfi" adlı məqaləsini sənə danışıram. Məqalə 1926-cı ilin mart ayında "Molla Nəsrəddin" jurnalının 9-cu nömrəsində dərc olunmuşdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı b...


Bəyan | Cəlil Məmmədquluzadə | Sözdələn
#2
02/08/2025

"Sözdələn" layihəsində Cəlil Məmmədquluzadənin "Bəyan" adlı məqaləsini sənə danışıram. Məqalə 1923-cü il 17 noyabr tarixində "Molla Nəsrəddin" jurnalının 37-ci nömrəsində dərc olunmuşdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndins...


İstiqlal Bəyannaməsi | Azərbaycan Xalq Cümhuriyyəti | Sözdələn
#1
02/01/2025

"Sözdələn" layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"nin oxunuşu ilə başlayır. "İstiqlal Bәyannamәsi" bütün türk-müsәlman dünyasında, ümumiyyәtlә bütün Şәrqdә, ilk dәfә olaraq Azәrbaycanda әn demokratik respublika idarә üsulunun parlamentli respublikanın yaradılacağından xәbәr verirdi.

🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen

👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən"...